Sumqayıtdakı parkomatların qiyməti xeyli aşağıdır - VİDEO

Sumqayıt şəhərində nəqliyyatın hərəkətində intensivliyi təmin etmək üçün atılan addımlardan biri də yeni parkomatların quraşdırılmasıdır. Bundan sonra şəhərin layihəyə uyğun olaraq yalnız müəyyən olunmuş ərazilərdə avtomobillərin bir cərgə üzrə dayanmasına icazə veriləcək. Avtosfer.az interaz-a istinadən xəbər verir ki, layihəyə uyğun olaraq parkomatlar ilk olaraq daha çox ehtiyac olan yerlərdə quraşdırılır. Parkomatlarda qiymətlər isə bir saat üçün 30 qəpik, iki saat üçün 60 qəpik, 4 saatadək 90 qəpik, 4 saatdan 8 saatdək isə 1 manatdır. Sumqayıt şəhərində yeni quraşdırılan parkomatlarda ödənişi nağd və plastik kartlarla etmək mümkündür. Sürücülər isə parkomatların quraşdırılmasını məqsədəuyğun hesab edirlər. Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhərin müxtəlif yerlərində parkomatların quraşdırılacağı davam edəcək.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












