Sumqayıtdan Bakıya gediş çətinləşdi - VİDEO

Bu gün səhər saatlarından Sumqayıt Avtovağzalında ciddi problem yaranıb. Belə ki, Bakı istiqamətində hərəkət edən marşrutların azlığı nəticəsində yüzlərlə insan paytaxta getməkdə çətinlik çəkib. Avtosfer.az xeberle.com-a istinadən xəbər verir ki, elə bu gündən etibarən şəhərlərarası fəaliyyət göstərən kiçik tutumlu Ford-lar xəttdən çıxarılıb. Nəqliyyat üçün şəhər sakinləri avtovağzala üz tutublar. Yaranmış problemlə əlaqədar olaraq sözügedən ərazidə olduq. Sərnişinlərin bildirdiyinə görə artıq neçə saatdır ki, avtobus gözləyirlər: "Kimə və hara müraciət edəcəyimizi isə bilmirik". Sumqayıt avtovağzalının rəhbəri Şamil Abbasov bizimlə söhbətdə problemin mövcudluğunu təsdiqləyərək bildirdi ki, bu gün səhər tezdən Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən qanunsuz fəaliyyət göstərən Ford markalı mikroavtobuslar saxlanılaraq xəttdən çıxarılıb: "Bizə verilən tapşırığa əsasən isə dövlət nişanı olmayan bu tip nəqliyyat vasitələrinin avtovağzal ərazisinə girişə qadağan olunub. Avtovağzalda isə Bakı istiqamətində cəmi 20 nəqliyyat vasitəsi nəzərdə tutulub. Təbii ki, bu da yetərli deyil. Avtovağzal olaraq bizim funksiyamız avtobusların qəbulu və onların yola salınmasıdır. Yaranmış problemlə əlaqədar olaraq Nəqliyyat Xidmətinin Sumqayıt regional şöbəsinə müraciət edərək avtobusla təmin edilməyi bildirmişik. Amma hələ ki, problem öz aktuallığını saxlayır. Yaxın günlərdə regional şöbə avtobus ayırmazsa sərnişinlərin gediş - gəlişində ciddi problemlər olacaq".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












