Sumqayıtın icra hakimiyyətindən biabırçı addım – Sürücülər təhlükədə - VİDEO

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bu vəzifəyə təyin olunan kimi şəhərdə bir sıra yeniliklərə imza atıb. Onlardan biri də Sumqayıt şəhərinin əsas girişindəki yaşıllıqların məhv edilməsi və yolun yenilənməsi və genişləndirilməsidir. Lakin Avtosfer.az-ın əməkdaşları yolun genişləndərilməsi zamanı Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən yol verilən kobud səhvi üzə çıxarıblar. Təqdim olunan videodan da göründüyü kimi, yolun sağ tərəfi hər iki istiqamətdə sürücülər üçün əsl təhlükə mənbəyidir. Bu təhlükə sürücülərə maddi ziyan vurub ağır qəzalara səbəb ola bilər. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən milyonlarla manat xərclənən yolun sağ tərəflərində su axıntısı üçün kiçik arx (küvet) düzəldiblər. Göründüyü kimi, yolun qurtaracağında sarı xətt çəkilib. Xətdən 10 sm sonra isə arx var. Bu o deməkdir ki, yolda hərəkət edən avtomobillər heç bir halda yolun sağında dayana bilməzlər. Dayanıb maşını kənara çəkməli olsalar arxa düşəcək. Arxın dərinliyi isə onu deməyə əsas verir ki, əksər avtomobillərin altı əziləcək. Bundan əlavə, bir qədər sürətlə hərəkət edən avtomobil yolun sağına çıxıb bu arxa düşsə heç şübhəsiz ki, aşacaq.
Çünki qaydalara görə, yaşayış məntəqəsində yolun sağ və sol tərəfində (birtərəfli yolda sağ və sol tərəfə, ikitərəfli yolda isə sağ tərəfə) səki daşları düzülməli, arx isə səki daşı ilə yolun hərəkət hissəsi arasında üzərinə dəmir barmaqcıqlar qoyulmaqla çəkilməlidir. Yaşayış məntəqəsindən kənarda isə yolun sağında mütləq yol çiyni olmalı, arx isə yol çiynindən sonra çəkilməlidir.
İşin gedişindən hiss olunur ki, İcra Hakimiyyəti arxın üstünü dəmir barmaqcıqlarla bağlamaq fikrində deyil. Çünki bunun üçün orada şərait də yoxdur və artıq ərazidə son tamamlama işləri aparılır.
Hər halda, bu qədər vəsait xərcləyib gözəl yol salınıb, ətrafda xeyli abadlıq işi aparılıb. Bunlar yaxşı haldır. Amma söhbət yoldan gedirsə, burada hər hansı çatışmazlıq və gələcəkdə problem yaradacaq hallar olmamalıdır.
Qeyd edək ki, yaxın vaxtlarda həmin yolun açılışı nəzərdə tutulur. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı gözlənilir. Ümid edirik ki, Sumqayıt şəhər İcra Hakimiyyəti açılışa qədər bu problemi aradan qaldıracaq.
Elməddin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı













