Süpürgəçilərin təhlükəsizliyi necə qorunur? - Gözlənilməz ölüm...

Süpürgəçilərin işi gözlənilməz hadisələrlə zəngindir. Avtosfer.az metbuat.az-a istinadən xəbər verir ki, bəzən bu gözlənilməzlik onlara həyatları bahasına başa gəlir. Qaranlıq küçələri təmizləyərkən sözügedən təhlükə qaçılmaz olur. Məsələ ilə bağlı Metbuat.az-a Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən verilən açıqlamada süpürgəçilərin iş rejimindən danışılıb: “Süpürgəçilər 7 saat işləyirlər, 6 günlük iş rejimidir. Bazar günləri isə istirahət günü sayılır. Bazar günü işləyən işçi ikiqat əmək haqqı alır. Onların məzuniyyət günü isə 21 gün təşkil edir".
Bəs süpürgəçilərin hüquqları hansı səviyyədə qorunur?
“İş başında xəsarət alan süpürgəçinin ailəsinə müavinət verilməlidir”. Bu sözləri hüquqşünas Asif Abdullayev deyib. “O sahə bir az spesifikdir. Onlar hamı ilə eyni vaxtda işə başlaya bilməzlər, çünki onlar əvvəlcədən hazırlıq görməlidir və s. Süpürgəçilərlə bağlı növbəli iş rejimi tətbiq olunur. Əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş formada maksimum normanı keçməmək şərtilə növbəli iş rejimi tətbiq olunur. Əmək vəzifələrini yerinə yetirərkən xəsarət alma halları baş veribsə, təbii ki burada müavinətin ödənilməsindən söhbət gedə bilər artıq. Həmin halda müavinət mərhumun ailəsinə ödənilməlidir”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












