Sürət həddini aşan sürücülərin necə cərimələnəcəyi tam dəqiqləşdi

Yazarlar 11 Fevral 2016 12:03 Oxunub 51289
Sürət həddini aşan sürücülərin necə cərimələnəcəyi tam dəqiqləşdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni Məcəllənin layihəsində sürət həddini aşmaya görə məsuliyyət belə müəyyən edilib

Yeni İnzibati Xətalar Məcəlləsi sürücü tərəfindən sürət rejiminin pozulması hallarında bəzən yarana bilən bir mübahisəyə son qoyacaq. Avtosfer.az-ın verdiyi məlumata görə, hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 151-1-ci maddəsi sürət həddinin aşılma dərəcəsinə görə dörd səviyyədə məsuliyyət nəzərdə tutur:

10-20 km/saat həddində aşıldıqda – 10 manat cərimə;

20-40 km/saat həddində aşıldıqda – 50 manat cərimə və 2 cərimə balı;

40-60 km/saat həddində aşıldıqda – 150 manat cərimə və 3 cərimə balı;

60 km/saat-dan yuxarı həddə aşıldıqda – 250 manat cərimə və 4 cərimə balı.

Göründüyü kimi, sürət həddinin əvvəlki aşılma dərəcələrinin yuxarı həddini bildirən rəqəmlə növbəti aşılma dərəcələrinin aşağı həddini bildirən rəqəm eynidir. Yəni sürücü, məsələn, sürət həddini düz 20 km/saat aşmış olduqda onun İXM-in 151-1.1-ci maddəsi üzrə 10 manat məbləğində, yoxsa İXM-in 151-1.2-ci maddəsi üzrə 50 manat məbləğində cərimə və 2 cərimə balı  ilə tənbeh edilməli olması məsələsi bəzən mübahisələr doğurur. Düzdür, biz hesab edirik ki, belə hallarda sürücünün məsuliyyəti aşağı həddə uyğun müəyyən edilməlidir (misal çəkdiyimiz halda sürücüyə 10 manat cərimə yazılmalıdır). Lakin təcrübədə bunun əksini düşünənlər və həmin vəziyyətə fərqli hüquqi qiymət verənlər də var.

Yeni İnzibati Xətalar Məcəlləsi belə mübahisələrə birdəfəlik son qoymaq üçün sürət həddinin əvvəlki aşılma dərəcəsinin yuxarı həddini bildirən rəqəmi növbəti aşılma dərəcəsinin aşağı həddini bildirən rəqəmdən aydın şəkildə fərqləndirir. Yeni Məcəllənin layihəsində sürət həddini aşmaya görə məsuliyyət belə müəyyən edilir.

Yolda müəyyən edilmiş sürət həddi:

10-20 km/saat həddində aşıldıqda – 10 manat cərimə;

21-40 km/saat həddində aşıldıqda – 50 manat cərimə və 2 cərimə balı; 

41-60 km/saat həddində aşıldıqda – 150 manat cərimə və 3 cərimə balı; 

61 km/saat-dan yuxarı həddə aşıldıqda – 250 manat cərimə və 4 cərimə balı. 

Yeni Məcəllənin mayın 1-dən qüvvəyə minəcəyi gözlənilir.

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Xanoğlan 11 Fevral 2016 13:19
eksine evvel daha deqiq idi, 10-20 asmaq yeni 20e qeder asmaq demeydir, 20-40 asmaqsa 20den cox asmaq demeydi,mene maraxlidiki deyisiklikden sonra 20 ile 21 arasini hansina aid edecekler elece de 40la 41, 60la 61 arasi