Sürəti aşıb əzrayılın radarına düşənlər - Qəzalar niyə artır?

Son günlər yol qəzalarının sayı artıb. Təkcə sırağagün rəsmi xəbərə görə, respublikanın müxtəlif bölgələrində baş vermiş yol qəzalarında 6 nəfər ölüb. Ən pisi də odur ki, qəzalar araşdırılarkən maraqlı faktlar ortaya çıxır. Məsələn, məlum olur ki, qəzada ölən sürücü sürət həddini aşdığı üçün əvvəllər dəfələrlə cərimə olunub. Elə son qəzası da bu səbəbdən baş verib. Bu sıraya ötmə qaydalarını pozmağı, kəmər taxmamağı, sərxoş halda maşın sürməyi və s. də əlavə etmək olar...
Sürət həddini aşan sürücülər, bilin və agah olun, bərk sürərkən ola bilər ki, sürətiniz yüksək olduğu üçün 5 dəfə əzrayıl sizə çatıb tuta bilməsin, amma 6-cıda mütlət tutacaq, lap elə 16-cıda olsun, fərq etməz, nə vaxtsa tutacaq.
İl ərzində sürət həddini aşmağa görə 5 dəfədən artıq radara düşən sürücünün cox ciddi problemi var məncə. Hec kim inciməsin, amma bu barədə ciddi düşünmək lazimdir. Çünki 6-cı dəfə DYP-nin yox, əzrayılın radarına düşmək təhlükəsi var. Bu radardan isə hec kim sağ qurtulmur...
Cərimələrin sayı çoxaldıqca yol polisini qınamaq əvəzinə "niya belə olur" sualına doğru-düzgün cavab tapa bilən sürücü sağlam düşüncəli sürücüdür. Nəticə çıxara bilirsə, ona zaval yoxdur. Amma banka gedib deyinə-deyinə cərimə ödəyib yenidən kəməri taxmadan sükan arxasına keçərək yola çıxan sürücü hələ "düzəlməmiş" sürücüdür. Bu düşüncə ilə çox uzağa getmək olmayacaq...
P.S. Qısa yazdım ki, hamı başa düşsün...
Elməddin Muradlı
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












