Sürücü dostlar, heç vaxt belə etməyin – Ekspertdən çağırış

Yolda irəlilədiyiniz zolaqda maneə varsa, sürəti azalt, lazımdırsa, dayan. Zolaq dəyişmək isə məcburi deyil. Avtosfer.az xəbər verir ki, bu fikirlərlə “Digesta” hüquq firmasının vəkili, ekspert Ərşad Hüseynov çıxış edib. Avtomobil yollarında baş verən qəzaların əsas səbəbi barədə danışan ekspert qeyd edib ki, hərəkət zamanı yolda sürücünün zolaq dəyişməsi özünün də günahkar olacağı faciəyə səbəb ola bilər: “Cinayət xarakterli yol-nəqliyyat hadisəsinin (2 nəfər ağır xəsarət alıb) videosuna baxırdıq. Sürücülərimizin tipik elementar səhvi görünür. Sağda, yoldan kənarda dayanan avtomobil yola çıxır, qaydanı pozur və arxasından gələni buraxmır. Arxadan gələn isə rahat əyləclənmə ilə həmin mədəniyyətsizi buraxa bilərdi. Amma buraxmır və əksər sürüclərimiz kimi əyləci unudaraq sükanı fırladır. Nəticədə sol zolağa keçir, həmin zolaqda isə başqa biri bundan da sürətlə gəlir və arxadan çırpılır.
Beləcə sürücü xırda bir səhv ucbatından təqsirkara çevrilir. Hansı ki, hətta əyləci basmayıb getdiyi zolaqda qalsaydı, uzağı xırda bir hadisədə zərərçəkən ola bilərdi”.
Ekspertin sözlərinə görə, sürücülər belə hallarda daha diqqətli olsa, təqsirkar duruma düşməz: “Sürücü dostlar, heç vaxt belə etməyin. Qaydalar belə halda sürücüdən bircə şeyi imperativ tələb edir: maneə varsa, sürəti azalt, lazımdırsa, dayan. Zolaq dəyişmək isə həm məcburi deyil, həm də belə diqqətsizliklə edildikdə faciəyə gətirir”.
Emin
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq










