Sürücü öz avtobusundan xəbərsizdir, hündürlüyü bilmir - FOTO

Xəbər verildiyi kimi, dünən səhər saatlarında Bakının 28 May küçəsində sərnişin avtobusu körpüyə ilişib. Məlumata görə, nəticədə "Səməd Vurğun" bağı istiqamətinə gedən yolda tıxac yaranıb. Sərnişin avtobusu 3,5 metr hündürlükdən artıq nəqliyyat vasitələrinin keçməsinin qadağan olunduğu yerdən keçmək istəyib. Bu zaman avtobusun arxa tərəfi körpüyə ilişib. Avtobus bir müddət hərəkətsiz qaldıqdan sonra geriyə hərəkət etməklə oradan çıxarılıb. Bundan sonra yolda hərəkət bərpa olunub.
Yol hərəkəri üzrə ekspert Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, belə bir qəzanın bir neçə səbəbi ola bilər:
1. Bu avtobusun sükanı arxasındakı sürücü qaydalardan xəbərsizdir, o boyda 3.13 nişanının nə demək olduğunu bilmir;
2. Elə həmin sürücü öz avtobusundan xəbərsizdir, onun hündürlüyünü bilmir;
3. (Ən pis variant) Bu 3.13 nişanı körpü aşırımının altındakı hündürlüyə uyğun deyil.
Xatırladıram ki, körpü altındakı faktiki hündürlük 3.13 nişanında göstəriləndən 0,3-0,4 metr artıq olmalıdır. Yəni bu halda oradakı 3.13 nişanında "3,5 m" varsa, bu o deməkdir ki, körpü altındakı hündürlük ən azı 3,8 metr olmalıdır. Belə çıxır ki, avtobus 3,8 metrdən hündürdür. Hər halda bu avtobusun hündürlüyünü dəqiqləşdirmək və körpünün altının hündürlüyünü ölçmək maraqlı olardı”.
Elmin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












