Sürücü yükdaşıma qaydalarını kobud şəkildə pozur - VİDEO

Armatur avtomobilin yük yerinə yığılsa da, materialın böyük hissəsi yerlə sürünür. Görüntülər Cəlilabad rayonundandır. Rayondakı tikinti materialları bazarlarında fəaliyyət göstərən yük avtomobillərinin sürücüləri müştəriləri əldən verməmək üçün bu üsula əl atırlar. Uzunluğu 10-12 metr olan armaturu 4-5 metr uzunluğunda olan yük maşınında aparırlar.
Rayon yerlərində ən çox rast gəlinən bu cür vəziyyət həm sürücülər, həm də piyadaların həyatı üçün böyük təhlükə yaradır. Mövcud problem yol təsərüffatına da xeyli ziyan vurur. Kilometrlərlə sürünən armatur asfaltın üz qatının yararsız hala düşməsinə səbəb olur. Yağış da yağdıqda həmin yolda çuxurlar əmələ gəlir.
Nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, yükün avtomobildən kənara çıxması, yerlə sürünməsi və səs çıxararaq ətrafdakıları narahat etməsi yükdaşıma qaydasının pozulması deməkdir.
Ekspertin sözlərinə görə, yükdaşıma qaydasını pozduğuna görə sürücüyə 40 manat cərimədən əlavə, həm də belə vəziyyətdə yolu zibilləyərsə əlavə olaraq 30-50 manat arasında da cərimə tətbiq oluna bilər. O ki, qaldı yola dəymiş ziyana..
''Azəravtoyol'' ASC-nin mətbuat katibi Anar Nəcəflinin belə faktların əsasən məsuliyyətsiz sürücülərin üzündən baş verdiyini dedi. Onun sözlərinə görə, təmsil etdiyi qurumun Yolların mühafizəsi şöbəsinin əməkdaşları tərəfindən vəziyyətə nəzarət edilir, belə hal aşkar edilən kimi dəymiş ziyan qiymətləndirilərək sürücüyə təqdim olunur.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










