Sürücülər cəriməni vaxtında ödəmir - Əziyyəti isə sərnişinlər çəkirlər - VİDEO

Marşrut avtobuslarının sürücüləri cərimələri vaxtında ödəmir, bunun əziyyətini isə sərnişinlər çəkirlər. Çünki yol polisi cəriməsi ödənməyən avtobusu elə xəttə ikən saxlayır və sürücüləri düşürüb avtobusu cərimə meydançasına aparır...
Son vaxtlar belə faktlara tez-tez rast gəlinir. Bu isə sərnişinlərdə narazılıq yaratmaqla yanaşı, əlavə vaxt itkisinə də səbəb olur
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bu məsələ qanunvericiliklə tənzimlənir. Cəriməsi olan avtobusdakı sərnişinlərin yolda düşürülməsi düzgün deyil.
Bununla bərabər, polis əməkdaşı saxlanılan avtobusun yerinə xəttə yeni avtobusun buraxılmasını sahibkara bildirməlidir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə deyir ki, bütün nəqliyyat vasitələrinin sürücüləri törətdikləri qayda pozuntusuna görə, cərimələri mütləq gecikdirmədən ödəməlidirşər. Əks halda həmin nəqliyyat vasitələri polis əməkdaşları tərəfindən saxlanılaraq mühafizə olunan duracağa aparılacaq. O ki, qaldı avtobuslar xəttə olarkən saxlanılaraq sərnişinlərin yolda düşürülməsinə, Vaqif Əsədov deyir ki, polis əməkdaşları cəriməsi olan avtobusları son dayanacağa qədər təqib etməlidir. Yalnız sərnişinlər düşdükdən sonra avtobus cərimə meydançasına aparıla bilər.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












