Reklam

Sürücülərə ən çox "atan" yanacaqdoldurma məntəqəsi məlum oldu

Yazarlar 3 Mart 2016 13:17 Oxunub 15750
Sürücülərə ən çox "atan" yanacaqdoldurma məntəqəsi məlum oldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Samir Əliyev: "Azərbaycanda yanacaq ucuzlaşdırılmalıdır!"

Avropa dövlətləri ilə müqayisədə benzinin ən aşağı qiymətə satıldığı ölkələrin sırasına Azərbaycan da aiddır. Bu ölkələrdə benzin və dizel yanacağı əhaliyə 1 manata qədər qiymətlə təklif edilir. "Sputnik.Reytinq" benzinin qiymətinə görə Avropa ölkələrinin reytinqini tərtib edib. 2016-cı ilin əvvəlinə ən bahalı benzin Niderland, İtaliya və Norveçdə olub, ən ucuz isə Gömrük İttifaqı ölkələrində. Avropa dövlətləri ilə müqayisədə benzinin ən aşağı qiymətə satıldığı ölkələrin sırasına Azərbaycan da aiddır. Bu ölkələrdə benzin və dizel yanacağı əhaliyə 1 manata qədər qiymətlə təklif edilir. Yanacağın qiyməti sarıdan ötən il Avropa avtomobil sahibləri üçün yetərincə uğurlu olub. Ucuzlaşan neftin arxasınca qitə ölkələrinin çoxunda da yanacağın qiyməti aşağı enib. Orta hesabla benzin Avropada 3%, bəzi ölkələrdə isə hətta 10%-dən çox ucuzlaşıb. Avropada qiymətlərin enməsi dünya bazarında neftin ucuzlaşması ilə əlaqəli olsa da, yanacağın qiyməti onun üçün tələb olunan xammalın qiymətindən xeyli az ucuzlaşıb. Belə ki, 2015-ci ildə brent markalı neftin qiyməti ondan əvvəlki illə müqayisədə təxminən iki dəfə enib.

Avropa ölkələrinin çoxundan fərqli olaraq Rusiyada benzinin qiymətlərinin dinamikası dünya bazarında neftin qiymətlərinin dinamikasndan fərqlənir. İl ərzində Rusiyada yanacaq qiymətləri, əksinə 5%-ə qədər artıb, lakin buna baxmayaraq ölkə qiymət sıralamasında Avropada ikinci yeri tuta bilib.

Azərbaycanda da yanacaq tarifləri neftin dünya bazarlarındakı qiymətinə bağlanmır və dövlət tərəfindən tənzimlənir. Yalnız 2014-cü ilin aprelindən ölkəyə ixrac edilən Aİ-95 markalı benzinin qiymətlərinin tənzimlənməsi ləğv edilib, lakin ən populyar Aİ-92 markalı yanacağın qiymətlərinə nəzarət saxlanılıb. Bugünkü gündə Aİ-95 markalı yanacağın pərakəndə qiyməti 0,95 manat təşkil edir.

Tərtib edilmiş reytinqin lideri Qazaxıstandır. Burada Aİ-95 markalə benzinin qiyməti ilin əvvəlinə Azərbaycan manatı ilə cəmi 0,6 man. təşkil edib. İlk üçlüyü isə 0,93 manat qiymətlə Belarus qapayır. Ən ucuz dizel yanacağı da Gömrük İttifaqı ölkələrində təklif edilir. Daha sonra böyük fərqlə Ukrayna və Polşa yer alıb.

İlin əvvəlinə ən bahalı benzin neft emalı ilə aktiv məşğul olan Niderland, Norveç və İtaliyadadır. Bu ölkələrdə Aİ-95 benzininin orta qiyməti manata çevirdikdə 2,4 manat təşkil edib.

Benzin qiymətləri yüksək olan dövlətlərdə bunun əsas səbəbi, yanacağın əsas hissəsini təşkil edən yüksək vergilərdir. Yanacaq qiymətinin artımına görə Avropada ilk yeri Ukrayna tutur — 15% artım. Daha sonra xeyli artım İsveçdə qeydə alınıb. Digər Avropa ölkələrində yanacaq qiymətləri enib, Polşada enmə isə hətta 12,6% təşkil edib.

Yanacağın əlçatanlıq göstəricisi kimi ölkədəki orta aylıq əmək haqqına düşən yanacaq miqdarı götürülüb. 2016-cı ilin əvvəlinə ən çox miqdarda benzini Lüksemburq sakinləri ala bilərdi — 3 min litr, ikinci yerdə Norveçdir — 2,8 min litr. Bu üçlüyü Avstriya qapayır. Ən az benzini Ukrayna vətəndaşları əldə edə bilər — cəmi 147 litr Aİ-95 benzini. Bu göstəriciyə görə ən son yerləri həmçinin Bolqarıstan və Rumıniya tutur.

Azərbaycanda 2015-ci ilin dekabr ayına olan orta aylıq əmək haqqına 486 litr Aİ-95 markalı benzin əldə etmək olar. Ötən ilin fevralında baş vermiş 103% devalvasiyaya rəğmən ölkədə avtomobil yanacağının qiymətlərində artım baş verməyib. Bununla belə ekspertlər belə bir artımı istisna etmirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh