Sürücülərə vacib xəbər: Hansı pərdə və jalüzlərə icazə verilir? - VİDEO

Pərdə və jalüz mövsümü artıq bir həftədir ki, başlayıb. Amma bəzi sürücülər avtomobilə hansı pərdədən vurmaq lazımdı bunu bilmir. Belə olduqda da qaydalara uyğun olmayan pərdədən istifadə edən sürücülərlə yol polisi arasında mübahisə yaranır. Elə aparıdığımız soruğu zamanı da sürücülərin bu məsələdə məlumatsız olduğu üzə çıxdı.Avtomobillərdə olan pərdənin çərçivəsi hansı materiyaldan hazırlanmalıdır? Avtomobil bazarında bir neçə ildi bu işlə məşğul olan ustalar da deyir ki, əvvəllər pərdə və jalüzlərin bir neçə növü var idi. Sonradan onlar qaydalara uyğun olan pərdələri hazırlamağa başlayıblar. İndi ustaların əksəriyyəti "maqnit" adlanan pərdə hazrılayır.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, avtomobilə yalnız sənaye üsulu ilə hazırlanmış pərdə və jalüzə icazə verilir.
Qeyd edək ki, standartların tələblərinə uyğun olmayan rəngli, güzgü, buqələmun tipli şüşələrin avtomobillərə quraşdırılaraq idarə edilməsi inzibati məsuliyyət yaradır. Bu tələbləri pozan sürücülər məsuliyyətə cəlb edilərək 150 manat məbləğində cərim edilə bilər.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












