Sürücülərə yazılan cərimə faizləri bu cür hesablanır - CƏDVƏL

Yol-hərəkəti qaydalarını pozan sürücülər inzibati tənbeh tətbiqetmə haqqında qərar qüvvəyə mindiyi gündən etibarən cəriməni bir ay ərzində ödəməsələr hər gün 1 faiz dəbbə pulu ödəməlidirlər. Bu, «Yol hərəkəti haqqında» qanunda əksini tapmış bir məsələdir. Cərimənin üzərinə isə yalnız iki ay müddətinə faiz hesablana bilər. Bəzən sürücülər bildirirlər ki, 6 ay gecikmiş cəriməyə görə həmin ayların da faizini ödəyib və ya ödənilməsi tələb olunub. Lakin Avtosfer.az bildirir ki, bu, qanunsuzdur və qanunda cəmi 2 ay müddətinə faiz hesablanması nəzərdə tutulur. Əvvəllər bu müddət 3 ay, faiz isə 2 faiz idi. Bəs, cərimələrin faizi hesablanmalıdır? İlkin məbləğ 2 ay faiz hesablandıqdan sonra nə qədər ola bilər? Bu və digər suallara cavab tapmaq üçün Avtosfer.az müvafiq cədvəl tərtib edib. Cədvəldə daha çox tətbiq olunan cərimələrin ilkin və dəbbə pulu ilə birlikdə məbləği əksini tapıb.
Qeyd edək ki, ilkin cərimə məbləği qərar qəbul edildikdən sonrakı 5 gün ərzində ödənilərsə sürücülərə həmin məbləğin 10 faizi güzəşt olunur. Məsələn, 100 manatlıq cərimə 90, 50 manatlıq cərimə 45, 20 manatlıq cərimə 18 manat məbləğində ödənilir. Bir aydan sonra üzərinə faiz gəldikdə isə məbləğ aşağıda cədvəldəki kimi hesablanır.
Elməddin
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?












