Sürücüləri 100 manatlıq cərimədən necə xilas etmək olar? – Təklif

Azərbaycanda sürücülərin əksəriyyəti sürücülük vəsiqəsinin etibarlılıq müddətinin nə vaxt bitdiyini bilmir. Avtosfer.az-ın məlumatına görə, bunu əksər hallarda yol polisi saxlayıb cərimə yazanda və ya cərimə və balları internetdə yoxlayanda təsadüfən öyrənmiş olurlar. Cərimə isə 100 manatdır. Hansı ki, sürücü vaxtında xəbərdar olsaydı ASAN xidmət mərkəzlərində və ya Dövlət Yol Polisinin Qeydiyyat-İmtahan şöbələrində bunu 18 manata yoluna qoya bilərdi.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov sürücüləri 100 manatlıq cərimədən xilas etməyin yollarını açıqlayıb: “Öz səliqəliliyi, intizamlılığı və qanunsevərliyi ilə seçilən tanışlardan biri bu günlərdə sürücülük hüququ olmadan avtomobil idarə etdiyinə görə 100 manat cərimə olunub. Mənə təəccüblə zəng vurub deyir ki, diqqət etməmişəm, vəsiqənin etibarlılıq müddəti cəmi 5 gün əvvəl bitib. Polis sadə bir səbəbə görə saxladı, yoxlayanda məlum oldu ki, müddət bitib”.
Onun sözlərinə görə, doğrudan da, vəsiqənin müddəti bitən adam sürücülük hüququ olmayan sayılır. Qanunun formal tələbi belədir. Ona görə də diqqətli olmaq və vaxt keçməmiş vəsiqəni vaxtında dəyişmək lazımdır: “Amma bu əhvalat ağlıma maraqlı bir ideya gətirdi. DYP-nin Mərkəzi informasiya sistemində hər kəsin sürücülük vəsiqəsinə aid və başqa məlumatlar var. Sürücülərin törətdiyi qayda pozuntularının qeydiyyatı, onlara görə sürücülərə məlumat verilməsi də bu sistem vasitəsilə edilir. Məsələn, çoxlarına SMS gəlir ki, qaydanı pozmusan, barəndə protokol var. Bu sistemdən sürücünün vəsiqəsinin müddətinin bitməsinə az qalmış ona xəbərdarlıq SMS-i göndərmək üçün heç bir problem olmaz. Necə ki, indi bunu İcbari Sığortalar Bürosu (9707) edir, eyni şeyi DYP də özü və ya Asanpay vasitəsilə edə bilər. Belə SMS məlumatlandırma olsa, yuxarıda bəhs etdiyim tanışım kimi başı çox qarışıq olan adamlar vaxtında vəsiqəsini dəyişər”.
Qeyd edək ki, sürücülük vəsiqəsini müddətin bitməsinə bir neçə gün qalmış da dəyişmək olar. Bunun üçün DYP-nin Qeydiyyat-İmtahan şöbələrinə və ASAN xidmət mərkəzlərinə yaxınlaşmaq lazımdır. Sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitdiyi gündən sonrakı gün yol polisi həmin vəsiqə ilə maşın sürən şəxsi cərimə edə bilər. Birinci dəfə 100 manat, ikinci dəfə isə 200 manat cərimə nəzərdə tutulur.
Elməddin
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO











