Sürücüləri çaş-baş salan yol - Həm qırıq xətt var, həm də ötmə qadağandır - VİDEO

Yolda avtomobillərin ötməsini bildirən xətlər olsa da, digər tərəfdən ötmə qadağandır nişanı qoyulub. Mövcud vəziyyət Cəlilabad rayonunun mərkəzi prospektindədir. 4 zolaqlı iki hərkət istiqamətli yol bir müddət əvvəl yenicə əsaslı təmir olunduqdan sonra burada eyni vaxtda bir istiqamətdə iki nəqliyyat vastəsinin hərkət etməsi üçün yol zolaqları çəkilib. Lakin yol kənarında bunun tam əksini göstərən "Ötmək qadağandır" yol nişanının olması sürücüləri çaş baş salır. Bir müddət öncə sözügedən yolda sağdakı avtomobili ötən rayon sakini Əbülfət Həsənovun övladına da yol polisi məhz bu məsələyə görə cərimə protokolu tərtib edib.
Əbülfət Həsənov iddia edir ki, burada yola çəkilmiş hərəkət zolaqlarını bildirən xəttlə yol nişanı bir-birinin tam əksidir.
Sözügedən yolda hərəkət edən digər sürücülər də mövcud vəziyyətin onları çaş -baş saldığını etiraf edirlər.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, həmin yolda nişanın tələbi qüvvədədir. Ona görə də xəttlər qırıq olsa belə ötmək qadağandır.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












