Sürücüləri çaşdıran işıqfor: Burada cərimə yazıla bilərmi?

Nizami rayonu, Qara Qarayev prospektində 2 işıqfordakı rəqəmli tablolar bir müddətdir sürücülərdə çaşqınlıq yaradır. Avtosfer.az xəbər verir ki, bu barədə məlumat verən sürücülər bildiriblər ki, rəqəmli işıqforlarda geri sayım 1-ə qədər öz axarı ilə gedir, 1-ə çatandan sonra isə yaşıl işığın yanması üçün növbəti rəqəmlər gəlmir. Arada əlavə olaraq 4-5 saniyə fasilə yaranır və daha sonra işıqforun növbəti rəqəmləri görünür. Bu isə sürücülərdə çaşqınlıq yaradır. Bir çox sürücü qırmızı işığın sonuncu 1 rəqəmindən sonra dərhal sıfıra keçəcəyini düşünüb hərəkətə başlayır. Qırmızı işıq isə yaşıla keçmir. Belə olduğu məqamda sürücülər yanlışlığa yol verir. Faktiki olaraq işıqforun normal qaydada işləməməsi sürücüləri qayda pozmağa məcbur edir.
Məsələ ilə bağlı axar.az-a açıqlama verən hüquqşünas, yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, bu həmin işıqforun mexanizmində olan səhvlik və problemlə əlaqədar ola bilər. Hüquqşünas təklif edir ki, bu halla qarşılaşmış sürücülər Dövlət Yol Polisi İdarəsinə müraciət etsinlər. Problem dərhal həll ediləcək. Ə.Hüseynov bildirib ki, belə məqamlarda rəqəmli işıqforun rəqəmlərinə deyil, rənglərinə diqqət edilməlidir: “Geriyə sayım rəqəmlərinə deyil, işıqforun əsas işıq bölmələrinə baxılmalıdır. İşıqforun 3 işığı var – qırmızı, yaşıl, sarı. Yaşıl işıq yanıbsa, avtomobil irəliləməlidir. Qırmızı işıq yanıbsa, durmalıdır. Rəqəmlərdə texniki problem, gecikmə ola bilər. Sürücü rəqəmə deyil, rənglərə baxsın. Əgər yaşıl işıq yanmayıbsa və sürücü hərəkət edirsə, bu, açıq-aşkar qayda pozuntusudur. Cərimə yazıla bilər”.
Hüquqşünas bildirib ki, rəqəm yansa da, yanmasa da, donub qalsa da yolda hərəkəti işıqforun rəngləri tənzimləyir.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










