Sürücülərin diqqətinə - Parkinqdə hansı hallarda cərimələnə bilərsiz? - VİDEO

Parkomat olan ərazilərin çoxunda ən çox rast gəlinən problem ya avtomobili qoyub düzgün ödəniş etməmək, ya da ümumiyyətlə, ödəniş etmədən sutkalarla maşını orda saxlayıb getməklə bağlı olur. Artıq bu kimi halların yaranmasına zəmin yaradanlar cəzalandırılacaqlar. Bununla bağlı millət vəkilləri yeni layihə hazırlayıblar. Belə problemlərin qarşısını almaq üçün yeni bir mexanizim hazırlanır. Bu məqsədlə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək. Belə halların baş verməsində iştirak edən hər kəs cəzalandırılacaq. Bunun üçün cərimə məbləğləri də müəyyən edilib. Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanmasına görə 20 manat məbləğində cərimə tətbiq ediləcək.
Bundan başqa, müəyyən edilmiş ödəniş aparılmadan və ya ödəniş aparılmış müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə, eyni zamanda nəqliyyat vasitəsinin parklanma üsulunu pozana 10 manat cərimə tətbiq olunacaq.
Amma 24 saat ərzində park edilən ərazilər siyahısında bəzi istisnalar var.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
""Onsuz da günah sürücüdə olacaq" düşüncəsi piyada ölümlərinin artmasına səbəb olur" - Elməddin Muradlı
Sığorta bazarında 22 mlyonluq yeni dövriyyə – 100 manatdan 600 manata artım
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?










