Sürücülərin və sərnişinlərin cərimələnməsi problemləri çözəcəkmi? – AÇIQLAMA

Azərbaycanda şəhərdaxili, rayondaxili sərnişin daşımaları yerinə yetirən avtobuslarda sərnişinlərin avtobusa ödəniş etməməsinə və sürücülərin sərnişinləri ödənişsiz daşıdığına görə cərimələnməsi qaydası dəyişib. Avtosfer.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə bu məsələ öz əksini tapıb. Dəyişiklik layihəsinə əsasən, şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə 5 manat cərimə ediləcək. Bundan başqa, müvafiq qaydada ödəniş edilmədən sərnişinin aparılmasına görə sürücüyə iyirmi manat cərimə tətbiq ediləcək.Qüvvədə olan Məcəlləyə əsasən, yuxarıda qeyd olunan cərimə biletsiz getməyə və ya biletsiz aparılmaya görə tətbiq edilir.
"Biletsiz" və "sərnişinin biletsiz" sözləri "müvafiq qaydada ödəniş etmədən" və "müvafiq qaydada ödəniş edilmədən sərnişinin" sözləri ilə dəyişdirilir.
Qəbul edilən yeni qanundan əvvəl şəhərdaxili (rayondaxili) sərnişin daşımada qaydalar necə idi? Yeni qanun nələri dəyişəcək? Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov qaynarinfo.az-a açıqlamasında bildirdi ki, sərnişin daşımada cərimə əvvəllər də mövcud idi:
"Sürücülərə və sərnişinlərə cərimələrin tətbiqi Sovet dövründə də var idi. Bizim qanuna görə, bütün avtobuslarda bilet satılmalıdır. Amma görürük ki, şəhərdaxili sərnişin daşımada yalnız kart sistemi bəzi marşrut xəttlərində var. Şəhərlər və rayonlararası sərnişin daşımada da bilet problemi həmişə olub. Kassadan bilet alanların sayı çox azdır. Qanuna görə isə, sərnişin daşıma ilə məşğul olan hər bir sürücü biletlə işləməlidir. Amma buna nə sərnişin, nə də sürücü riayət etmir. Belə desək, bir-birlərini yola verirlər. Qanuna dəyişiklikdə yalnız terminoloji hissə nəzərdə tutulub ki, gələcəkdə elektron biletlərin satışı mümkün olsun".
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











