Sürücülərlə cərimə ilə bağlı pis xəbər – 100 manata qalxdı

May ayında qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsində yol-nəqliyyat hadisəsində iştirak etmiş sürücülərin inzibati məsuliyyəti ilə bağlı maraqlı yenilik var. Avtosfer.az-ın məlumatına görə, yenilik iki istiqamətdə nəzərdə tutulur:
1. İnzibati xəta sayılan yol-nəqliyyat hadisəsi yerindən yayınmaya görə cərimə artırılır. Hazırki Məcəlləyə üzrə bu xətaya görə sürücü 80 manat cərimə olunur və onun hesabına 4 cərimə balı yazılır. Yeni layihədə cərimə balı olduğu kimi qalsa da, bu xətanın cəriməsi 20 manat artırılaraq 100 manat müəyyən edilir.
2. Yeni layihədə bu xətaya görə yalnız təqsirli sürücünün məsuliyyətə cəlb edilməli olduğu təsbit edilir. Hazırki Məcəllə həm təqsirli, həm də zərərçəkən sürücünün hadisə yerindən yayındığı halda eyni dərəcədə inzibati məsuliyyət nəzərdə tutur. Yeni layihədə isə yalnız yol-nəqliyyat hadisəsinə səbəb olmuş qayda pozuntusunu törədən sürücünün məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur. Amma hadisədə hər iki sürücü qarşılıqlı təqsirli olarsa və onların hər ikisi hadisə yerindən yayınarsa, belə halda hər iki sürücü yayınmaya görə məsuliyyətə cəlb ediləcək.
Ümumiyyətlə, sürücülərə tövsiyyə edirik ki, heç vaxt hadisə yerindən yayınmasınlar. Qəza yerindən yayınma ən azı iki arzuolunmaz hüquqi nəticə doğura bilər: Birinci təqsirli sürücü hadisə yerindən yayınarsa, onun vurduğu ziyanı mülki məsuliyyətin icbari sığortası qaydasında ödəyən sığorta şirkəti bu sürücüyə qarşı subroqasiya hüququ əldə edir. Yəni sığorta şirkəti vurulmuş zərərin əvəzini zərərçəkənə ödəsə də, sonradan həmin məbləği tam olaraq hadisə yerindən yayınan təqsirli sürücüdən tələb edəcək. İkinci arzuolunmaz nəticə isə odur ki, hadisə yerindən yayınan sürücü öz təqsirsizliyini sübut etmək şansını əhəmiyyətli dərəcədə itirir. O, hadisə yerindən yayınmaraq həmin yerdəki izlərin itməsini şərtləndirməklə bərabər hadisəni araşdıran şəxslər üçün şüuraltı da olsa təqsirli olma mülahizəsi yaradır. Bir sözlə, hadisə yerindən yayınma faktı yayınan sürücünün əleyhinə işləyir.
Elmin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












