“Sürücünü əvvəl öyrətmək, sonra cəzalandırmaq lazımdır”

ABŞ-ın nəqliyyatı intellektual idarəetmə sahəsində ixtisaslaşmış "Wavetronix" şirkəti nəqliyyatın hərəkətini müşahidə etmək üçün Azərbaycana yeni radar sistemini təklif edib. İstər Bakı şəhərində, istər şəhərlərarası yollarda kifayət qədər radarlar quraşdırılıb. Ümumiyyətlə, yeni radarların alınmasına nə dərəcədə ehtiyac var? Faktxeber.com məsələ ilə əlaqədar yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovdan münasibət öyrənib. O, yeni radarların Bakıda yol nəqliyyatla bağlı sərgisinə gətirildiyini xatırlatdı: “Onun alınacağı barədə konkret məlumat yoxdur. DYP-dən soruşmaq lazımdır ki, doğurdanmı alırlar?”.
Ehtiyaca gəldikdə isə ekspert bildirdi ki, bu gün ölkəmizdə yol hərəkəti təhlükəsizliyində çox ciddi problemlər var: “Bu heç kəsə sirr deyil. Məsələn, sürət rejiminin, yaxud yolda digər qaydaların pozulması… Bunlara nəzarət olunmalıdır, sürücü hazırlığı işinə yenidən baxılmalıdır. Yol hərəkəti təhlükəsizliyinə nəzarət etmək üçün nəzərdə tutulan vasitələrdən biri də həmin o radarlardır”. O, bu məsələdə iqtisadi və hüquqi tərəflərin olduğunu da vurğuladı: “Bunlar paralel həll olunmalıdır. Doğurdanmı dövlətin maddi imkanları yeni, çoxlu sayda radarların alınmasına imkan verir? Bu suallara cavab tapılmalıdır”.
Azərbaycanın şəhər və kəndlərində kifayət qədər kameraların olması məsələsi iləsə Ərşad bəy razılaşmadı: “Kifayət qədər deyil. Azərbaycan sürücülərinin indiki durumunda hər kilometrdə radar olmalıdır. Çünki intizamsızlıq ifrat dərəcədə yüksəkdir. Amma qeyd etdiyim kimi, iqtisadi tərəfləri də var. Radarları alıb hər yerə düzməklə iş bitmir. Onu istismar eləmək lazımdır, ətəklərlə pul vermək lazımdır. Həmçinin intizamsızlıqla mübarizədə təkcə radarlardan istifadə etmirlər də. Sürücü bilmir, ağlı kəsmir, onu əvvəl öyrətmək, sonra cəzalandırmaq lazımdır".
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











