Banner

Taksi sürücüləri psixoloji müayinədən də keçiriləcək? - AÇIQLAMA

Yazarlar 16 Dekabr 2025 00:00 Oxunub 528
Taksi sürücüləri psixoloji müayinədən də keçiriləcək? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Zaman-zaman mediada və sosial şəbəkələrdə taksi sürücülərinin sərnişinlərlə aqressiv və səbrsiz davranışı ilə bağlı xəbərlərlə rastlaşırıq. Müxtəlif münaqişələr, qarşılıqlı narazılıqlar və xoşagəlməz insidentlər cəmiyyətin diqqətini bu sahəyə yönəldib. Bu hallar həm sərnişinlərin təhlükəsizliyi, həm də xidmət mədəniyyəti baxımından ciddi suallar doğurur.

Bəs bu aqressiv davranışların qarşısını almaq üçün taksi sürücülərinin psixoloji müayinədən keçirilməsi nə dərəcədə zəruridir?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli bildirdi ki, durmadan artan sosial problemlər, təminatlarda yaşanan çətinliklər, taksi sürücülərinin gün ərzində tıxaclarda və çox ağır iş şəraitində çalışması, onların psixoloji problemlərini daha da dərinləşdirir.

"Bu proses hər gün baş verir. Sürücü də eyni vəziyyətdədir, sərnişin də eyni vəziyyətdədir. Sürücülərin işə qəbul edilən zaman psixoloji testdən keçməsi, altı aydan bir narkoloji müayinədən keçirilməsi, bütün bunlar, əlbəttə ki, çox yaxşıdır və tətbiq olunmalıdır. Əslində bu, qanunvericiliyin tələbidir. Amma biz indi hər gün bu cür münaqişələrin şahidi oluruq. Bu proses artıq geri dönməz bir prosesə çevrilib. Hər gün narazılıqlar var, hər gün böhran yaşanır, sosial həyatımızda ciddi dəyişikliklər və gərginliklər müşahidə olunur. Qiymətlərin artdığı bir şəraitdə ailə vəziyyəti daha da ağırlaşır. Taksi sürücüləri ailəsini böyük çətinliklə təmin edən insanlardır. Bu baxımdan yanaşsaq, aqressiv davranışların qarşısını almaq üçün fərqli tələblər və fərqli imkanlar yaradılmalıdır ki, insanlar bu aqressiyadan uzaqlaşa bilsinlər. Bu aqressiyanın əsas səbəbləri maddi çətinliklər, məhrumiyyətlər və evsizlikdir. Elə hallar olur ki, taksi sürücüsü ayın sonunda həm istifadə etdiyi nəqliyyat vasitəsinin icarə haqqını, həm də yaşadığı evin icarə pulunu ödəmək məcburiyyətində qalır. Sosial qayğılar o qədər artıb ki, bu vəziyyət artıq həm sərnişinlərdə, həm də nəqliyyat sürücülərində ciddi problemlərə səbəb olur. Bu baxımdan hesab edirəm ki, gündəlik olaraq hər bir sürücünü psixoloji testdən keçirmək nə praktik baxımdan mümkündür, nə də ümumiyyətlə real görünür", - deyə müsahibimiz vurğuladı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Elvin 16 Dekabr 2025 12:05
Taksi gediş haqqı o qədər ucuzdur ki hər səviyyəsiz oturub sürücünü o qədər əsəb edir ki o sərnişinin arxasınca oturan sərnişinin xəbəri də olmur ki sürücü niyə aqressivdir. Tıxac sürücünü aqressivləsdirmir. Binəqədi, Biləcəri,(ən çox bu ərazilərdə yasayanlar) Masazır, Xırdalan bunların 60% taksiyə oturanda sanki səxsi soferləridir. Bakıdan Binəqədidə 3 manat pul yazır o prokayla gedirsən hələ maqazin də də saxladir 10 dəq gizlədir sanki 10 manat pul verir taksi vaxtla yarışır ki pul qazana bilsin 3 Manatin 1.50 sahibkara qalır 1.50 sürücüyə 1.50 nin də 10 km yola 58 qəpik benzin sürücüyə 92 qəpik qalır Binəqədidə də itirilən vaxt minimum 45 dəq. Bəzəndə 1 saat. 18 saat işləməmişəm ki 20 manat pul qazanasan. İndi ay jurnalist psixoloji testdən sürücüləri yox milləti maarifləndirici, taksi mədəniyyəti aşılayır camaata ki görməmiş olmayın taksi sizi a nöqtəsindən b nöqtəsinə aparmaqcun vasitədir cənənizi 15-45 dəqiqə ərzində tutun ki sürücü aqressiyasını sənə tökməsin. Yazıq sürücü pul qazanmaq dalınca düşüb müştərilər də taksi sürücülərinə yuxardan aşağı baxır nədi nədi 2.40 qəpik pul verir vallah 2.40 qəpiklik yolda sürücüyə 0.37 qəpik pul qalır. A nöqtəsindən B nöqtəsinə canını əmanət elədiyin sürücüyə çalış əsəbləşdirmə hamı canından bezib bir qəza həyatının sonlanmasina bəs edir.