Taksi sürücülərinə vacib xəbər – "Fərqlənmə nişanı"nı vaxtında almayanlar kənarda qalacaq

Taksi sürücülərinə vacib xəbər var. Avtosfer.az-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin Əsasnaməsinin 3.0.10-cu yarımbəndinə əsasən, bu qurumun Bakı şəhərinin inzibati ərazisində taksi minik avtomobillərinin kvotasını (yuxarı həddini) müəyyən etmək səlahiyyəti var. Hələlik bu kvota müəyyən edilməsə də, bunun olacağı qaçılmazdır, çünki şəhərin taksilərlə dolması yolverilməzdir.
Kvota o deməkdir ki, Bakı şəhərində taksi kimi istifadə ediləcək minik avtomobillərinin sayının dəqiq yuxarı həddi müəyyən ediləcək. Məsələn, qərara alınacaq ki, Bakıda cəmi 6000 taksi olsun və bu qərardan sonra 6001-ci taksi olmaq üçün heç kəsə icazə, yəni “Fərqlənmə nişanı” verilməyəcək. Hətta onun avtomobili ən gözəl göstəricilərə malik olsa da, özü ən intizamlı sürücü olsa da, taksi üçün icazə ala bilməyəcək. Məlumat üçün deyim ki, dünyanın iri şəhərlərinin əksəriyyətində belə kvotalar var və bu səbəbdən yeni taksi fəaliyyəti qurmaq istəyən şəxs icazəni yalnız kvota daxilində artıq icazəsi olan şəxsdən ala bilir. Yəni loru dildə desək, “ikinci əl” icazə alır. Ona görə də məsələn, Nyu-York şəhərində taksi üçün icazənin qiyməti bəzən bir neçə yüz min, hətta nadir hallarda milyon dollara çatır.
Bakı şəhərində kvota müəyyən edildikdən sonra isə həmin kvota çərçivəsində taksi fəaliyyəti ilə məşğul olmağa icazə verilərkən hal-hazırda bütün sənədləri qaydasında olmaqla taksi fəaliyyəti ilə məşğul olanlara üstünlük veriləcək. Bu isə o deməkdir ki, hazırda kimlər ki, “Fərqlənmə nişanı” almadan taksi fəaliyyəti ilə məşğul olurlar, onlar kvotadan kənarda qalacaqlar. Hətta belələri kvota müəyyən edildikdən sonra “Fərqlənmə nişanı” almaq və digər sənədləri qaydasına salmaq istəsələr də, bu, baş tutmayacaq. Odur ki, taksi fəaliyyəti ilə məşğul olanlar indidən hazırlaşsınlar, ləngimədən “Fərqlənmə nişanı” alsınlar, digər sənədlərini və öz avtomobillərini qaydasına salsınlar. +++ABZAS+++
Xatırladıram ki, hazırda Bakı şəhərində taksi üçün bir aylıq “Fərqlənmə nişanı”na görə cəmi 18 manat vergi ödənilir və heç bir problemsiz, süründürməçiliyə, əlavə hər hansı tələblərə yol verilmədən müraciət edən taksi sürücülərinə “Fərqlənmə nişanı” verilir.
Ərşad Hüseynov,
hüquqşünas
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











