Taksilərlə bağlı yeni təklif mübahisələrə səbəb oldu - VİDEO

Bakı Nəqliyyat Agentliyi həm fərdi şəkildə, həm də şirkət olaraq göstərilən taksi xidmətinə vahid tarif tətbiq edilməsi ilə bağlı hökumətə müraciət edib. Ehtimal olunur ki, şəhər daxilində hər kilometr üçün tarif müəyyən edilməsi və taksometrin həmin tariflə işləməsi təklif edilib. Bu tarifin gündüz və gecə üçün fərqli olması da mümkündür. Məqsəd eyni məsafə üçün müxtəlif qiymətlərin qoyulmasının qarşısını almaqdır. Detalları açıqlanmasa da, taksilər üçün vahid qiymət təklifi mübahisə doğurub. Ekspertlərin fikrincə, vahid qiymətin tətbiqinə ilk olaraq avtomobillərin istehsal ili və modeli mane olacaq. Qoyulacaq tariflər sərnişinlərə sərf etsə belə, bu işlə məşğul olanlar üçün sərfəli olmayacaq.
İqtisadçı Ruslan Atakişiyev deyir ki, qaydalar qəbul edilsə, fərdi taksi fəaliyyəti ilə müqayisədə ucuz taksi xidmətləri təklif edən şirkətlər zərər görə bilər. Ekspert deyir ki, taksi fəaliyyəti sahəsində vahid qiymətlərdənsə, rəqabətə imkan yaratmaq lazımdır.
Rəqabət mühiti yarananda fərdi taksilər istər-istəməz qiymətləri daha sərfəli etməli olacaqlar. Çünki hazırda daha əlverişli xidmət təklif etdiklərindən taksi şirkətlərinə maraq yüksəlib.
Vahid tariflər sürücülər tərəfindən də birmənalı qarşılanmır. Vahid tariflərlə bağlı təkliflərin qəbul edilib-edilməyəcəyi bir müddətdən sonra bilinəcək. Bilinən odur ki, vahid qiymətə keçməzdən əvvəl avtomobillər bir neçə parametrlərə cavab verməlidir. İlk növbədə taksi kimi fəaliyyət göstərən avtomobillərdə taksometrlər quraşdırılmalıdır.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












