Tamaşaya aparılan məktəbliləri maşın vurub - VİDEO

Ötən gün Bakıda iki məktəblilini avtomobil vurub. Xəsarət alan 3-cü sinif şagirdləri ağır vəziyyətdə xəstəxanaya aparılıblar. Hadisə Rəşid Behbudov küçəsində baş verib. Məlumata görə, məktəblilər müəllimələri ilə birlikdə teatra tamaşaya baxmağa gedirmişlər. Belə olduqda bir sual yaranır: məktəb rəhbərliyi şagirdləri bu cür yerlərə apararkən onların təhlükəsizliyini necə qoruyur? Mövzunu əməkdaşımız Ramal Abdullayev araşdırıb.
Nəsimi rayonu Rəşid Behbudov küçəsində baş verib. 254 nömrəli məktəbin 3-cü sinif şagirdləri Nazilə Eyvazova və onun sinif yoldaşı Aliyə Osmanova yolu keçərkən sürətlə gələn avtomobil məktəbliləri vuraraq hadisə yerindən qaçıb. Ətrafdakıların köməyi ilə ağır yaralı məktəblilər 1 saylı şəhər kliniki tibbi mərkəzə aparılıblar. Məlumata görə, hadisə zamanı uşaqların valideynləri və müəllimələri də yanında olublar. Hadisə onlar ''Gənc Tamaşaçılar'' teatırına gedərkən baş verib.
Xəstəxanadan aldığımız məlumata görə, Nazlı Eyvazova başından, Aliyə Osmanova isə bədənin müxtəlif nahiyyələrindən xəsarət alıb. Hər iki yaralı bu gün reanimasiyadan palataya köçrülüb, vəziyyətləri qənaətbəxşdir.
Baş vermiş hadisə bu cür tədbirlərdə məktəb rəhbərliyinin şagirdlərin təhlükəsizliyini necə qoruması məsələsini aktuallaşdırır. Yəni müəllim uşaqları hansısa tarixi yerlərə və yaxud tamaşalara apararkən hansı tədbirləri görür? Qəza zamanı xəsarət alan məktəblilərin müəlliməsi Aynur Allahyarovanın sözlərinə görə, o uşaqları qorumaq üçün qabağlayıcı tədbir görüb.
Xətai rayon 254 nömrəli məktəbin təlim tərbiyyə işləri üzrə direktor müavini Aslan Musayevin sözlərinə görə, uşaqların vurulması dərs vaxtı olmayıb. Dərsdən sonra valideyinlərin təşəbbüsü ilə həmin sinif tamaşaya baxmağa gedib. Buna görə də məktəb heç bir məsuliyyət daşımır.
Direktor müavini onu da qeyd etdi ki, məktəb bu cür tədbirlər keçirdikdə uşaqların təhlükəsizliyi üçün onlar xüsusi servis avtobusları ilə məktəbdən aparılır və gətirilir. Uşaqların piyada olaraq yolda hərəkətinə icazə verilmir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə isə, qəzaya səbəb olan sürücü Nəsimi rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Fakt araşdırılır.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












