Tanınmış ekspertdən sürücülərə bayramla bağlı təsirli müraciət - Diqqətli olaq

Yol hərəkəti üzrə ekspert, tanınmış hüquqşünas Ərşad Hüseynov Novruz bayramı günlərində yol qəzalarından uzaq durmağın yollarını izah edib və sürücülərə müraciət ünvanlayıb. O, Avtosfer.az-a bildirib ki, sürücülərin «tələsirəm» deyərək yol hərəkəti qaydalarını pozması məsuliyyətdən azad etmir və qəzalar da qaçılmazdır: «Son illər ənənəvi olaraq sürəkli bayram günlərindən sonra yol-nəqliyyat hadisələrinin ağır statistikası ilə üz-üzə qalırıq. Bunun baş verməməsi üçün hər kəsin edəcəyi çox bəsit bir şey var: diqqətli olmaq.
Sürücü dostlar, gəlin bir şeyi yadda saxlayaq ki, ölkəmizin ərazisindəki ən uzun yolu qaydalar çərçivəsində və rahat getməklə həmin məsafəni kobud qayda pozuntuları ilə və təhlükə içində getmək arasında ən çoxu 1 saat fərq ola bilər. Mən əminəm ki, həmin bir saatlıq müddət nəinki kiminsə həyatı və sağlamlığı, həttə bir damla göz yaşı ilə də müqayisədə çox azdır. Ona görə də diqqətli olun, yalançı "tələsirəm" düşüncəsindən uzaq durun. Xüsusən, sürət həədinə riayət edin, sərt manevrlərdən çəkinin və s.
Nəzərə alın ki, yolda tələsən, intizamsızlıq edən yalnız itirə bilər. Bu itkinin diapazonu isə çox genişdir: cərimə şəklində pul, sağlamlıq, azadlıq, həyat və sair».
Elmin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı













