Tanınmış ekspertdən sürücülərə məsləhət

“Hörmətli piyada və sürücülər, bu səhər Bakıda müşahidə edilən hava şəraiti yollarda hərəkət üçün daha ciddi ehtiyatlılıq tələb edir”. Avtosfer.az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert Ərşad Hüseynov sosial şəbəkələrdə bildirib. Ekspert onlara, xüsusən, bu məsələlərə daha çox diqqət yetirməyi tövsiyə edir: “Gecədən bəzi yerlərdə buzlaşma var idi, səhər tezdən onun üstünə qar yağır. Nəzərə alın ki, buzun üstündə təzə qar ən pis sürüşkənlik effekti yaradır, həm də adamı aldada bilər. Körpülərdə, küləyin daha çox vurduğu yerlərdə daha diqqətli olmaq lazımdır. Sürücülərə həmişə tövsiyə edirik ki, belə şəraitdə ara məsafəsini daha böyük saxlayın, asta sürətlə gedin. Amma ən ciddi məsələlərdən biri də intervaldır. Yan-yana təhlükəsiz interval saxlamaq vacibdir. Yol 2 zolaqlıdırsa, elə 2 cərgə ilə getmək lazımdır ki, avtomobil azacıq sürüşüb istiqamətini dəyişəndə qonşu cərgədəkinə dəyməsin. Avtomobili yerləşə bilən hər yerə salmayın. Bu, xaos və mədəniyyətsizlikdir. 2 zolaqda 3 cərgə ilə heç ən yaxşı havada da normal sürmək olmur. Ən vacibi isə çalışın, avtomobilinizi yola çıxarmayın. Onsuz da çətin vaxtdır. Ziyana düşsəniz və ya başqasına ziyan vursanız, uzun müddət peşman olacaqsınız”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












