Tanınmış ekspertdən yağışla bağlı sürücülərə XƏBƏRDARLIQ

Tanınmış ekspert Ərşad Hüseynov Bakıda yağan yağışla bağlı sürücülərə xəbərdarlıq edib. Avtosfer.az-ın xəbərinə görə, o bildirib ki, güclü yağış yağmasa da, hazırda yollarda vəziyyət təhlükəlidir: “Gur yağıntı yoxdur, əksər yerlərdə sadəcə yolun səthi islanıb. Bu vəziyyət çox ciddi bir təhlükəni gizlədir. Uzun müddət quraqlıqdan sonra belə çiskin asfalt üstündəki tozu isladır və çox sürüşkən bir təbəqə əmələ gəlir. Bu təbəqənin sürüşkənliyi bəzən qardakı kimi ola bilər. Nə qədər ki, gur yağıb, o sürüşkən təbəqəni yoldan yumayıb, diqqətli olmaq vacibdir, sərt manevr etmək olmaz, sürəti aşağı salmaq, ara məsafəsini bir az da artırmaq zəruridir”.
Ə.Hüseynov bu gün günortayadək, təxminən, bir saat müddətində Bakının küçələri ilə hərəkət edərkən 4 yol-nəqliyyat hadisəsinin şahidi olduğunu vurğulayıb: “İkisi Ziya Bünyadov prospektində idi. Şükür ki, hamısı sadəcə maddi ziyanlı qəzalar idi. Qəzaların dördündə də arxadakı nəqliyyat vasitəsi qarşıdakı avtomobilə çırpılmışdı”.
Fuad
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










