Təcili tibbi yardım maşını radara düşdü – FOTO

Ağdaş Mərkəzi Xəstəxanasından ağır infark diaqnozu ilə Bakıya köçürülməli olan xəstəni aparan təcili tibbi yardım maşını 310 manat cərimələnib. Avtosfer.az xəbər verir ki, bu barədə azxeber.com-a adının açıqlanmasını istəməyən Ağdaş Mərkəzi Xəstəxanasında təcili tibbi yardım maşınının sürücüsü məlumat verib. Onun sözlərinə görə, son aylar Gəncəyə və Bakıya köçürülməli olan xəstələri apardıqları zaman radara düşüblər və xəstəxana rəhbərliyi bu cərimələrin onların maaşlarından çıxılacağını bildirir. Müraciətdən göründüyü kimi, DYP-nin təcili tibbi yardım maşınlarını bilərəkdən radara salmasının səbəbi bilinmir. Azərbaycanda “Yol hərəkəti haqqında” qanunun 48-ci maddəsinin 1-ci bəndində deyilir: “Üzərində polis, yanğınsöndürən və təcili tibbi yardım nəqliyyat vasitələri xüsusi tapşırığı yerinə yetirərkən üstün hərəkət rejiminə malikdirlər. Bu şəraitdə onların sürücüləri xüsusi işıq və səs siqnallarından istifadə etməlidirlər. Eyni qanun sürücülərin təcili tibbi yardım maşınlarına istənilən halda yol vermələrini tələb edir. Əks təqdirdə, bu tələbi pozanları 20 manatdan 40 manatadək cərimə gözləyir”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










