Təcili yardım sürücüləri görün nələr çəkir – Döyürlər, söyürlər - VİDEO

Mirzakir Əmirov düz 30 ildir ki, təcili tibbi yardım stansiyasında sürücü vəzifəsində çalışır. Deyir, təcili yardım xidmətində işləmək çox təhlükəli, ağır, mürəkkəb, eyni zamanda çox maraqlı peşədir. Mirzakir Əmirovun bir nömrəli məqsədi həkim personalını təyin olunan məntəqəyə vaxtında çatdırmaqdır. O, yollardakı süni əngəllərdən də söz açdı.
Kərim Əliyev də sürücüdür. O, isə bəzi məhəllələrdə düzgün park edilməyən avtomobillərdən, budanmayan ağaclardan və təbii ki, qanunsuz olaraq qoyulan şlaqbaunlardan narazıdır. Sadalanan bu faktlar çox vaxt onların mənzilbaşına vaxtında çatmasına mane olur. Maraq üçün bildirək ki, qanunvericiliyə əsasən təcili tibbi yardım maşınlarına yol verməyən sürücünu 100 manat cərimə və 3 bal gözləyir. Ancaq bu qanunun tətbiqiylə bağlı müəyyən problemlər var.
İyirmi beş ilə yaxındır ki, biliyini və əməyini bu sahəyə həsr edən stansiyanın çağırışçı-həkimi Kamal Rzayev düşünürkü, bütün bu və digər problemlər tezliklə öz həllini tapacaq. Onun sözlərinə görə, təcili tibbi yardım sahəsində çalışan şəxs güclü savadı olmalıdır. Çünki onlar 5-10 dəqiqə içərisində xəstəyə düzgün diaqnoz qoyaraq vaxtında yardım göstərməlidilər. Gəlin onların bu çətin və məsuliyyətli işlərində maneə yaradanlardan deyil, kömək edənlərdən olaq. Unutmayaq ki, qırmızı və ya göy sayrışan işığı olan maşınlardakı şəxslər yaralı və ya xəstə insanlara şəfa vermək üçün tələsirlər.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











