Təhlükəsizlik kəməri – Sürücülər taxır, sərnişinlər yox

Səhər saatlarında təxminən 20-25 dəqiqə Bakı-Sumqayıt yolu kənarında dayanıb müşahidə apardım. Maraqlı mənzərədir. Əsas diqqətimi təhlükəsizlik kəmərindən istifadəyə yönəltdim. Orta hesabla vəziyyət əvvəlkindən yaxşıdır. Amma təbii ki, qənatbəxş deyil.
Təxminən 10 sürücüdən 7-si kəməri bağlayır (70% pis deyil). Kəməri bağlı sərnişin görmədim, deməli, sərnişinlərin kəmərdən istifadəsi 0% ətrafındadır. Bu biabırçılıqdır
Kəməri bağlamayan sürücülər isə əsasən bunlardır:
- bütün kateqoriyalardan olan avtobus sürücüləri - təxminən 20 sürücüdən biri kəmər bağlayır (uzağı 5%);
- taksi sürücüləri - hər 3 taksi sürücüsündən 2-si maşını kəmər bağlamadan sürür (kəmər taxanlar təxminən 35%);
- yük avtomobili sürücüləri - kiçik yük avtomobillərinin sürcülərinin təxminən 70%-i kəməri bağlı sürür. İri, yəni 3,5 tondan ağır yük avtomobillərinin sürücüləri isə çox intizamsızdırlar: onların 10-dan birində kəmər görmək olar;
- paqonlu sürücülər (təxminən 7-8 paqonlu sürcü gördüm, cəmi ikisinin kəməri bağlı idi, hətta 1 nəfər paqonlu və kəmərsiz qadın da gördüm);
Kəmər taxmayan və hər hansı xüsusi əlaməti olmayan başqa sürücülər də az deyil.
Maraqlısı odur ki, kifayət qədər bahalı avtomobilləri idarə edən və imkanlı şəxs görkəmi olanlar arasında da kəmərlə sürənlər çoxdur.
Diqqətimi başqa şey də cəlb etdi. Taksi tanınma nişanı olmasa da, təxminən hər 20 maşından biri məni potensial müştəri sayaraq yolüstü "xalturşik"lərə xas işarə verirdilər.
Ərşad Hüseynov,
hüquqşünas
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












