Təhlükəsizlik kəmərini taxmış sürücü aşan avtomobildə belə qalır - VİDEO-FOTO

Yazarlar 10 Oktyabr 2016 08:43 Oxunub 5044
Təhlükəsizlik kəmərini taxmış sürücü aşan avtomobildə belə qalır - VİDEO-FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda «Hed Akademi»nin keçirdiyi təlimlərdə sürücülər real testlərdən keçdilər

«Hed Akademi - Azərbaycan» şirkəti sürücülərə təhlükəsiz avtomobil idarə etməyin incəliklərini öyrətməkdə davam edir. Avtosfer.az-ın məlumatına görə, budəfəki təlimlərdə 10-dan artıq sürücü, həmçinin, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov, hüqüqşünas Ərşad Hüseynov, Avtosfer.az-ın saytının baş redaktoru Elməddin Muradlı və digər qonaqlar da işitrak ediblər. Təlimdə «Hed Akademi»nin rəhbəri Cankat Hurmoğlu avtomobillərin texniki xarakteristikasından danışmaqla yanaşı, qənaət rejimində idarəetmədən də bəhs edib.

Yol hərəkəti qaydalarının tətbiqi zamanı sürücülərin səhlənkar yanaşdığı məqamları diqqətə çatdıran məşhur mütəxəssis bildirib ki, ən xırda qayda pozuntusu belə ağır qəzalara səbəb olur. Müasir avtomobillərinin üstün texnologiyalarından bəhs edən Cankat Hurmoğlu qeyd edib ki, hər bir yenilik yol qəzalarının ağırlıq dərəcəsinin minimuma endirilməsinə yönəlib. Ona görə də, müasir avtomobillərdən istifadə etmək və ya mövcud avtomobilin saz vəziyyətdə olmasına diqqət etmək vacibdir.

Cankat Hurmoğlu bildirib ki, hər bir sürücü səhər avtomobili işə salıb yola çıxmazdan əvvəl onun dörd tərəfinə nəzər salmalı, təkərlərin və işıq cihazlarının qaydasında olduğuna əmin olmalıdır.

Təhlükəsizlik kəmərinin önəmindən danışan ekspert bildirib ki, bu vasitə yol qəzasında ölüm riskini 80 faizə qədər azaldır: «Hamilə qadınların kəmər taxmaması fikri ilə razı deyiləm. Kəmər qarının alt hissəsindən keçir və uşağa ziyanı yoxdur. Bəzi sürücülər kəməri taxarkən aşağı hissədə boşluq saxlayırlar. Bu da qəza zamanı körpücük sümüyünü zədələyə bilər. Ona görə də, kəməri taxarkən aradakı boşluğu götürmək lazımdır».

Təhlükəsizlik kəmərinin əhəmiyyətini əyani şəkildə göstərmək üçün Avtosfer.az-ın baş redaktoru Elməddin Muradlı «Hed Akademi»nin simulyatorunda sükan arxasına əyləşib. Təhlükəsizlik kəməri taxılmış halda simulyatorda iki dəfə dövrə vurandan sonra baş redaktoru bildirib ki, avtomobilin ani olaraq fırlanması nəticəsində kəmər sürücünü oturacağa sıxır və bu zaman ani fırlanma nəticəsində yerindən tərpənmək mümkün deyil. Bu baxımdan, aşan avtomobildən sağ çıxmaq şansı yalnız kəməri taxmış sürücüyə nəsib ola bilər. Kəməri taxmayan müqəvva ilə keçirilən test zamanı sükan arxasında dayanmağın mümkünsüzlüyü öz təsdiqini tapır. Belə ki, yan şüşələr açıqdırsa sürücü oradan və ya qabaq alın şüşəsi sındığı halda həmin yerdən bayıra düşə və aşan avtomobilin altında qala bilər. Eyni zamanda, maşından yerə dəyməklə ağır zədələr almaq mümkündür.

Daha sonra təlim iştirakçıları quru və yaş yolda 30 və 60 km/saat sürətlə hərəkət edən avtomobilin tormoz verdikdə yaratdığı vəziyyəti canlı olaraq test ediblər. Bu barədə növbəti materialda məlumat verəcəyik.

 

Fuad

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh