Telefonunuza belə mesaj gələrkən diqqətli olun - VİDEO

Son vaxtlar mobil telefon dələduzlarının sayı artıb. Söhbət vətəndaşları aldadaraq guya onların balansına vəsait yükləndiyini deyib və vəsaiti geri yükləməyi xahiş edənlərdən gedir. Əvvəl tanımadığınz bir nömrədən sizin balansınıza hər hansı bir məbləğin yüklənməsi ilə bağlı mesaj gəlir. Sonra isə bir nəfər zəng edərək səhvən sizin balansınıza pul yüklədiyini deyib pulu qaytarmağı xahiş edir. Əslində isə heç bir pul filan yüklənmir. Son vaxtlar bu cür dələduzluq hallarının sayı artıb.
Bunun fırıldaq olduğu üzə çıxandan sonra isə nömrənin sahibi telefonu söndürüb və zənglərə cavab verməyib. Burada əsas diqqət yetirilməli məqam odur ki, əgər balansınıza məbləğ yüklənirsə, gələn mesaj hansısa bir şəxsdən yox, mobil operatorlardan gəlməlidir. Digər tərəfdən, dərhal balansınızı yoxlayaraq bunun fırıldaq olub-olmadığını da müəyyənləşdirə bilərsiz.
Dələduzluğun qurbanı olan şəxslər isə öz hüquqlarını bərpa edə bilər. Çünki həmin əməli törətmiş şəxslər barəsində qanunvericilikdə məsuliyyət nəzərdə tutulur.
Əgər dəymiş zərər 100 manatdan artıq olarsa, bu zaman bunu törədən şəxsi 100 manatdan 700 manatdək cərimə, yaxud 2 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
""Onsuz da günah sürücüdə olacaq" düşüncəsi piyada ölümlərinin artmasına səbəb olur" - Elməddin Muradlı
Sığorta bazarında 22 mlyonluq yeni dövriyyə – 100 manatdan 600 manata artım
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?










