Təmir işləri biznes obyektlərini müflis edir – FOTO + VİDEO

Paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik olan Babək prospektinin yenidən qurulması işləri davam etdirilir. Uzunluğu 8.7 km olan prospektin asfalt örtüyü ilə yanaşı su və kanalizasiya sisteminin də yenilənəcəyi nəzərdə tutulub. Musavat.com-un müxbiri adıçəkilən prospektdə olub, aparılan işləri müşahidə edib. Ərazidə olduğumuz zaman prospekt boyunca qazıntı işlərinin aparıldığının şahidi olduq. Prospektin köhnə asfalt-beton örtüyünün üst qatı qazılaraq kənara daşınır, zəruri olan yerlərdə yol yatağı yararsız qrunt sularından təmizlənir. Bunun əvəzinə yenidən kipləşdirmə işləri aparılır. İllərdir ki, problemi bitməyən prospektin su və kanalizasiya sisteminin yenilənməsi işlərinə də başlanılıb. Yararsız vəziyyətdə olan boruların çıxarılması üçün qazıntı işləri aparılır. Prospektin müxtəlif hissəsində ağır texnikalar işləyir, kifayət qədər işçi heyəti cəlb olunub. Pospekt boyunca təqribən istismar müddəti bitmiş 20 km uzunluğunda və müxtəlif diametrə malik su xətləri, həmçinin 4 km-ə yaxın müxtəlif diametrli kanalizasiya xətləri yeniləri ilə əvəzlənir. Aparılan bu işlər nəhayət prospektin ətrafında yaşayan sakinləri illərdir ki, düşdükləri acınacaqlı durumdan xilas edəcək. Asfalt örtüyünün yenilənməsi isə daha çox sürücüləri sevindirir. Sakinlər milyonlarla manat xərclənən, lakin normal yolu və kanalizasiya sistemi olmayan prospektin əsaslı təmir ediləcəyinə ümid edirlər: “Bu prospekt yoluna və digər cəhətlərinə görə ən bərbadı hesab olunur. Nə normal yolu var, nə də kanalizasiya sistemi…İllərdir ki, üfunət iyi bizi cana gətirib. Babək prospekti ayrı-ayrı vaxtlarda təmirə bağlanıb və bu işlərə milyonlarla vəsait xərclənib. Lakin heç bir faydası olmayıb. Problem köklü həll edilməyib. Ayrılan vəsait ya düzgün xərclənməyib, ya da kimlər tərəfindənsə “yeyilib”. Ümid edirik ki, üfunət iyində nəfəs almaqdan və palçıqlı yollarda gəzməkdən xilas olacağıq”.
Prospektdə görülən əsaslı təmir həqiqətən də tədqirəlayiqdir. İşçilərlə söhbət zamanı aydın oldu ki, prospektin su və kanalizasiya sistemində, o cümlədən yol örtüyündə istifadə edilən materiallar olduqca keyfiyyətsiz olub və standartlara cavab verməyib. Babək prospektində aparılan qazıntı işləri bir sıra ictimai-iaşə obyektlərinin bazarını “öldürüb”. Onlarla avtomobil təmiri sexləri, mebel mağazaları və sairə obyektlər müflis durumdadır. Magistral yolun kənarlarında olan obyektlər müştərisiz qalıb. Avtomobillərin giriş-çıxışı məhdudlaşdığından bir çox sahibkar obyektini bağlamağa məcbur qalıb. Satıcılar 3 aydır ki, bu vəziyyətdə olduqlarını dilə gətirdilər. Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.







"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










