Tıxac yaradan parkomatların yeri dəyişdiriləcək? – VİDEO

Bakı inkişaf etməklə yanaşı, getdikcə daha da genişlənir. Şəhərin genişlənməsi isə o deməkdir ki, yeni çəkilən yollar da artır, bu yollarda hərəkət edən avtomobillər də. Çoxalan avtomobillər park yerlərinə tələbatı daha da artırır.
Avtosfer.az xəbər verir ki, arbtv-nin “Günün ardınca” verilişində son zamanlar müzakirələrə yol açan parkomat mövzusu ilə bağlı reportaj yayımlanıb.
Qeyd etmək lazımdır ki, son bir neçə ildə avtomobillərin parklanması üçün mərkəzlər tikilib və parkomatlar quraşdırılıb. Parkomatların quraşdırılmasında əsas məqsəd yollardakı sıxlığın və tıxacların aradan qaldırılmasıdır. Amma təəssüflər olsun ki, bəzən yaranan tıxac və sıxlıqlar elə məhz parkomatların ucbatından əmələ gəlir.
Ekspert Ərşad Hüseynov bildirir ki, parkomatların quraşdırıldığı yerlərdə avtomobillərin paralel və ya perpendikulyar park olunmalarına xüsusi nəzarət olunmalı olsa da, buna əməl olunmur: “Əgər, doğrudan da, yolun kənarında parklanma yeri təşkil olunacaq və avtomobillər yolun hərəkət hissəsinin bir hissəsini parklanmaqla tutacaqlarsa, tıxaca səbəb olacaqsa, belə yerlərdə parklanma yeri təşkil olunmalı deyil”.
DYP-dən aldığımız məlumata görə, paytaxtda 70-dən artıq küçə və prospektlər üzrə 300-ə yaxın parkomat quraşdırılıb. Bu parkomatlara DYP tərəfindən təyin edilmiş inspektorlar nəzarət edir.
DYP rəsmisi Vaqif Əsədov düzgün yerdə quraşdırılmayan parkomatların olduğunu bildirdi: “Bu gün də əməkdaşlarımız tərəfindən parkomatların quraşdırıldığı əraziyə nəzarət edilir. Həmin ərazilərdə avtomobillərin hərəkəti ilə bağlı sıxlıq yaranırsa, o parkomatların yerinin dəyişdirilməsi və sürüşdürülməsi də tərəfimizdən aidiyyəti üzrə tənzimlənir. 2016-cı ildə 8 parkomatın yerinin tam dəyişdirilməsi və 6 parkomatın yerinin sürüşdürülməsi tərəfimizdən qaldırılan vəsatət sayəsində öz həllini tapıb. Ödənişli ərazilərdə sürücü avtomobili düzgün park etmirsə, bu, inzibati xəta tərkibi yaradır. Belə sürücülər haqqında lazımi tədbir görülür”.
Avtobus dayanacaqlarına yaxın yerlərdə quraşdırılan parkomatların sürüşdürülməsi yolunda işlər görülür. Görülən işlər təkcə avtobus dayanacaqlarının yaxınlığındakı parkomatlara aid deyil.
Qeyd edək ki, DYP artıq ödənişli dayanacaqlarda da durma qaydalarına xüsusi nəzarət edir.
İnanırıq ki, tez bir zamanda parkomatların uyğun yerlərdə quraşdırılması başa çatdırılacaq. Bu parkomatlar, həqiqətən də, tıxac və sıxlığın azalmasına səbəb olacaq.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












