Tıxaclara son qoymaq üçün təklif var - VİDEO

Bəzən pik saatlarda 4, 6 və daha çox hərəkət zolağından ibarət olan avtomobil yollarının bir hissəsində tıxac olur, digərində yox. Əslində isə bu cür tıxacları aradan qaldırmaq üçün yol hərəkəti haqqında qanunda xüsusi müddəa var. Qanuna əsasən pik saatlarda belə yollarda bir istiqamətdə zolaqların sayını artırmaq mümkündür. Ancaq nə qəribədir ki, tıxacların günü-gündən artığı bir dövrdə bunun hələ də yollarda tətbiqinə başlanılmır. Ekspertlər isə bildirir ki, əgər belə bir təcrübə tətbiq edilsə, əksər yollarda tixac problemi birdəfəlik həllini tapar.
İki zolağı gediş, iki zolağı gəlişdən ibarət olan yolun bir hissəsində uzun tıxac olsa da, digər hissə boş qalıb. Halbuki, qanunvericiliyə əsasən pik saatlarda belə yollarda bir istiqamətdə zolağların sayını artırmaq mümkündür.
Ekspert Ərşad Hüseynov deyir ki, indiyədək bu maddə icra olunmayıb. Əgər zolaqların sayı artırılsa əksər yolda yaranan tıxaclar aradan qalxmış olar. Buna ən çox Bakı-Sumqayıt yolu, Salyan şossesi, Azadlıq prospekti, Heydər Əliyev prospekt və digər bir sıra yollarda ehtiyac var. Ərşad Hüseynov bildirir ki, reversiv hərəkət zolağı tətbiq edilməmişdən əvvəl sürücülər mütləq bu məsələ ilə bağlı marifləndirilməlidir.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












