Torpaq ərazidə qanunsuz parkomat - Sürücülər narazıdır - VİDEO

Torpaq ərazidə qanunsuz parkomat quraşdırılıb. Söhbət Xətai rayonu Nobel prospekti Ağ şəhər bulvarına bitişik ərazidən gedir. Yaxınlıqda olan ofislərdə çalışan işçilər avtomobillərini burda saxlayırlar. Bunu görən Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin əməkdaşları torpaq ərazidə parkomat quraşdırıblar.
Çəkiliş apardığımız zaman parkomatların işlək vəziyyətdə olmasının şahidi olduq. Ancaq nədənsə ərazidə parkomata nəzarət edən əməkdaşlar gözə dəymirdi.
Bununla yanaşı, yer torpaq olduğundan xüsusən də yağışlı və qarlı günlərdə əraziyə daxil olmaq çətinləşir. Ancaq bütün bunlara baxmayaraq, ərazi ödənişli parklanma yeri kimi fəaliyyət göstərir.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, "yol hərəkəti" haqqında qanuna görə bu cür ərazidə parkomat qoyula bilməz. Əslində isə parklanma yerləri müəyyən standartlara cavab verməlidir.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, telefonlara cavab verən olmadı.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












