Banner

Toyu yasa çevirən karvan qəzaları:Qarşısını necə almaq olar? - FOTO

Yazarlar 1 Oktyabr 2024 13:34 Oxunub 340
Toyu yasa çevirən karvan qəzaları:Qarşısını necə almaq olar?  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son zamanlar toyu yasa çevirən toy karvanı qəzalarının sayında artım müşahidə olunur.

Maraqlıdır ki, toy karvanının iştirakçıları qayda pozuntusu edərsə, özünü günahkar bilmir. Həmin sürücülər düşünürlər ki, nəqliyyat vasitəsini yolda istədikləri kimi idarə edə bilərlər.

Toy karvanı nəticəsində artan yol qəzaları fonunda bir müddət öncə Baş Dövlət Yol Polisi İdarəsi (DYP) sürücülərə xəbərdarlıq edib. Bildirilib ki, yeni ailə quran gənclərin sevincinə şərik olmaq niyyəti ilə toy karvanlarına qoşulan sürücülər digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını unutmamalıdır. Toy karvanlarında nəqliyyat vasitələrinin sayının az olması, iştirakçıların bir hərəkət zolağı üzrə hərəkət etməsi, ara məsafəsi saxlaması, optimal sürət seçilməsi, sərxoş sürücülərin dərhal hərəkətdən kənarlaşdırılması tədbirin təhlükəsiz başa çatması üçün başlıca şərtdir.

Bəs görəsən, sözügedən qəzaların qarşısı necə alına bilər?

Elməddin Muradlı: Toy karvanında iştirak edən avtomobillərin sayı məhdudlaşdırılsın

Nəqliyyat eksperti Elməddin Muradlı açıqlamasında bildirib ki, əksər sürücülərin "şou" göstərmək niyyəti ilə yolda təhlükəli manevrlər etməsi təəssüf doğurur.

Onun sözlərinə görə, sözügedən sürücülər qarşı yola çıxmaqla bir-birilərini ötürlər, əl əyləcindən istifadə edərək avtomobili yerində fırladırlar və ya nəqliyyat vasitəsini ikitəkər qaldırırlar. Təbii ki, bu halda qəza qaçılmaz ola bilər:

"Toy karbanında kobud qayda pozan sürücülər yol polisi əməkdaşları tərəfindən aşkar edilərək məsuliyyətə cəlb olunurlar. Əgər sürücü avtoxuliqanlıq edirsə və ya digər xətalara yol verirsə, buna uyğun cəza mexanizmi tətbiq olunur. Lakin buna baxmayaraq, toy karvanlarında baş verən qəzalar davam edir. Əslində toy karvanlarında 6 maşından istifadə oluna bilər. Lakin toy karvanları nəticəsində baş verən yol qəzalarının sayı artarsa, bununla bağlı qanunvericilikdə dəyişiklik edilə bilər. Yəni, toy karvanı yarışı ciddi fəsadlara yol açarsa, bu hal administrativ qaydalar və ictimai qınaqla aradan qaldırıla bilər. Onu da qeyd edim ki, toy karvanları çoxzolaqlı yollarda, xüsusilə şadlıq evlərinin çoxluq təşkil etdiyi ərazilərdə bütün zolaqları məşğul edirlər. Nəticədə həll olunmayan tıxac problemi daha da artır".

Müsahibimiz təklif edir ki, belə qəzaların qarşısını almaq üçün toy karvanında iştirak edən avtomobillərin sayı məhdudlaşdırılsın. Həmçinin toy karvanında iştirak edən sürücülər qayda-qanun səviyyəsində hərəkət etməlidirlər. Bundan başqa, toy karvanlarında qəzaya səbəb olan sürücülərin hərəkəti ictimai qınaqla qarşılanmalıdır.

(bakivaxti.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh