Turizm zonasının "analoqu olmayan" yolu - VİDEO

Bütün dünyada turizm məkanlarına aparan yollar yüksək səviyyədə təmir edilir. Çünki istirahətə gələn turistlər üçün ilk növbədə yolun rahatlığı önəm kəsb edir. Turist daha çox dincəlmək üçün həmişə ən qısa marşrut və tez çata biləcəyi məkanı seçir. Odur ki, dünyanın turizmi inkişaf etdirən ölkələrində ilk iş yol çəkmək olur. Amma təəssüflər olsun ki, ölkəmizdə turizmin inkişafına dövlət tərəfindən hərtərəfli dəstək verilsə də bir sıra məmurların “səyi” nəticəsində bu sektora ciddi zərbə vurulur.
Avtosfer.az bir müddət əvvəl “Xaçmazda biabırçılıq: Turizm mövsümündə yollar niyə qazılır? – VİDEO” başlıqlı yazı dərc etmişdi. Hələ bir ay əvvəl turizm mövsümünün yaxılaşdığı bir vaxtda Xaçmaz-Yalama yolunun təmirə bağlanması və mövcud yolun yarasız vəziyyətə salınması barədə videomaterial (Ətraflı bu linkdə: http://avtosfer.az/news/37344) təqdim etmişdik. Lakin təəssüflər olsun ki, mövcud vəziyyət dəyişmək əvəzinə bir qədər də pisləşib. Sürücülərdən biri elektron ünvanımıza video göndərib və qeyd edib ki, bir neçə gün əvvəl getdiyi 22 km-lik Quba-Xaçmaz yolunun 17 km-i hələ də bərbad vəziyyətdədir. Yollada avtomobil idarə etmək demək olar ki, mümkün deyil.
Qeyd edək ki, Bakı-Quba yolunun paytaxt istiqamətində olan hissəsinin bərbad vəziyyətdə olması barədə sürücülərin çoxsaylı şikayəti var. Eyni zamanda Quba-Xaçmaz istiqamətində yolun belə vəziyyətdə turizm zonasına gedənlərin sayına ciddi dərəcədə təsir edir.
Ümid edirik ki, aidiyyəti qurumlar bu barədə təcili ölçü götürəcəklər. Hərçənd ki, cəmi 1 aylıq turizm sezonunda bunu necə edəcəkləri də sual altındadır. Avtosfer.az sözügedən yolun hazırkı durumunu əks etdirən videonu təqdim edir:
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












