Türkiyədə avtomobil siyasəti - İqtisadi inkişafın yeni modeli

Türkiyə 1961-ci ildən bəri xəyalını qurduğu yerli avtomobil üçün ötən həftə tarixi bir addım atıb. Avtosfer.az avropa.info-ya istinadən xəbər verir ki, Türkiyənin “İnqilab” xarakterli təşəbbüsü, 3-ci hava limanı ilə təlaşa düşən almanları daha da təlaşa salıb. Almaniyanın “Die Welt” qəzetinin “Türklər bacarmaz, pullar zibilliyə gedəcək” şərhi Berlinin təlaşını göstərmişdi. Eyni zamanda müxalif CHP-li millət vəkilləri də yerli avtomobil prosesinə zərbə endirməyə çalışan ifadələr işlətmişdilər.
Yunan mediası isə bunun əksini yazır. Yunan mətbuatı və xəbər saytlarında Türkiyənin yerli avtomobil istehsal edəcək bir ölkə olduğu ifadə edilərək, “Türkiyə prezidenti Ərdoğan, yerli avtomobil üçün xəyal qurur. Dəlicəsinə bir addım kimi başa düşülə bilər, amma elə deyil. Bu layihənin infrastrukturu var” fikirlərinə yer verilib.
“Türkiyə nəhəng layihələrə imza atıb. Ərdoğanın avtomobil planı son dərəcə realdır. Türklər İstanbulun şimalında Avropanın ən böyük hava limanını inşa edirlər. Avtomobil kompleksi yaratmaq və istehsala başlamaq işi, nəhəng hava limanı ilə müqayisədə daha asandır. Türkiyədə dünyaca məşhur avtomobil brendlərinin zavodları var. Bu brendlər istehsallarının böyük qismini Türkiyədə həyata keçirirlər. Qonşumuz bu sahədə Avropanın ən öndə gələn ölkələrindəndir. Belə bir ciddi iş üçün lazımı mərhələləri türklər yaxşı bilirlər. Almanlar Türkiyənin bu addımına etiraz edirlər. Amma türklər İtaliya ilə müvəqqəti bir əməkdaşlıq edərək istədiklərini ala bilərlər. İtaliyanın Turin şəhəri Almaniyanın Ştutqart şəhərindən o qədər də uzaqda deyil.
Ərdoğan yerli avtomobil istehsalının nə olduğunu yaxşı bilir. Mercedes və BMW Almaniya üçün, Peugeot və Citroen Fransa üçün, Volvo da İsveç üçün kilid əhəmiyyətə malikdir. Ərdoğana görə, avtomobil istehsal edib ixrac edən bir ölkə, daima etibarlı bir ölkədir. Böyük Britaniyada avtomobil sənayesinin süqutunun ardından, bir sənaye ölkəsi olaraq İngiltərənin nüfuzunun azaldığını xatırlatmaqda fayda var. Rəcəb Tayyib Ərdoğan, yerli avtomobil istehsalında müvəffəqiyyət qazanarsa, Aİ ilə müzakirələrdə bunu kozur kimi də istifadə edə bilər. Bundan başqa, Türkiyənin ucuz və təhlükəsiz avtomobili Almaniya istehsalını da təhdid edəcək”
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












