Türkiyənin də yol problemləri bizimki ilə eynidir

Xəbər verdiyimiz kimi, Türkiyədə ağır yol qəzası baş verib. Bursa-Ankara avtomobil yolunda sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 7 nəfər ölüb, 35 nəfər xəsarət alıb. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov həmin hadisə ilə bağlı fikirlərini açıqlayıb. O, Avtosfer.az-a bildirib ki, yol hərəkəti təhlükəsizliyi məsələsində qardaş Türkiyənin də problemləri bizimki ilə eynidir.
- Avtobus qəzası ilə bağlı videoya baxanda həmin fakta tam əmin olursan. 7 nəfərin ölümü və 35 nəfərin yaralanması (yaralananlardan bəzilərinin dünyasını dəyişəcəyi də ciddi ehtimal olunur) ilə nəticələnən bu avtobus qəzasında tam bizdə olan 3 ciddi problem diqqətimi çəkdi.
1. Hadisə ayırıcı zolaqla ayrılan ikitərəfli yolda baş verib. Aydınca görünür ki, ayırıcı zolağın yanında kifayət qədər dərin çala da var. Böyük ehtimalla avtobus həmin çalaya düşərək ayırıcı zolaqdakı səddin üstünə aşıb və səddin üstü ilə sürüşərək bir az gedib. Talesizlikdən həmin sədd düz avtobusun pəncərələri səviyyəsinə düşüb və məhz pəncərə yanındakı sərnişinlər ölüblər (bəlkə də doğrananlar da var). Deməli, yol inşaatında təhlükəsizlik səviyyəsi bərbaddır. Axı yolun konstruksiyası qəzanın nəticələrini yüngülləşdirən olmalıdır, ağırlaşdıran yox (bizdə də belə yerlər "n" qədərdir).
2. Çox güman ki, salondakı sərnişinlər təhlükəsizlik kəmərlərindən istifadə etməyiblər. Dəfələrlə demişik ki, kəmər təkcə frontal (qabaqdan) zərbə üçün deyil. Bax belə qəzalarda da sərnişini öz kreslosunda saxlamaq üçündür. Əminəm ki, sərnişinlərin hamısının kəməri bağlı olsaydı, ölən və yaralananlar bu qədər olmazdı. Aydınca görünür ki, avtobus yumalanmayıb, sadəcə səddin üstünə aşaraq bir az qabağa sürüşüb. Belə olanda isə kəmərsiz sərnişinlər hamısı avtobusun aşdığı tərəfə tökülüb və görünən ağır nəticə baş verib.
3. Qəza yolun döngə hissəsində baş verib. Onun iki əsas səbəbi ola bilər: ya sürücü kifayət qədər yüksək sürətlə hərəkət edirmiş və bu səbəbdən sadəcə döngəni dönə bilməyib və mərkəzdənqaçma qüvvəsi avtobusu aşırıb; yaxud da sürücü sükan arxasında mürgüləyib (və ya telefonla danışırmış, başqa səbəbdən yola nəzarət etmirmiş və s.). Hər iki hal ictimai nəqliyyat sürücülərinin məsuliyyətsizliyinin, intizamsızlığının aşkar göstəricisidir. Yəqin ki, bunu oxuyan hər kəs bizim avtobus sürücülərini xatırladılar... Ölənlərə rəhmət, qalanlara isə tezliklə sağlamlıqlarına qovuşmağı arzulayıram.
Amma heç kəs unutmamalıdır ki, yolda ən xırda səhvlər də irimiqyaslı faciələrə gətirib çıxarır.
Elmin
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










