Uşaq yolda ölümdən belə döndü - Nişanlar düz deyil - ŞOK VİDEO

Masazır qəsəbəsi Əliağa Vahid küçəsində yol hərəkətinin təşkilində olan səhv sürücüləri çaşdırır və qəzalara yol açır. Avtosfer.az xəbər verir ki, qeyd olunan küçədə piyada zolağı (1.14.1 nişanlanması) 1.20 xəbərdarlıq nişanı ilə birgə tətbiq edilib. Xəbərdarlıq nişanı yaşayış məntəqələrində təhlükəli sahələrin başlanğıcından 50-100 metr aralıda quraşdırılmalıdır. Lakin bu fotodan aydın şəkildə görünür ki, 1.20 nişanı piyada zolağının düz qarşısında quraşdırılıb. Bu isə kobud və təhlükəli səhvdir. Bu nişanın yerində 5.16.2 və yolun solunda isə 5.16.1 nişanları olmalı idi. Lakin piyada keçidini bildirən 5.16.2 nişanı piyada zolağından sonra quraşdırılıb.
Hərəkətin təşkilində olan səhv piyadaların və sürücülərin həyatına təhlükə yaradır. Buna misal olaraq qeyd edirik ki, fevralın 23-də Masazır qəsəbə sakini avtomobillə həmin yolda hərəkətdə olarkən yol nəqliyyat hadisəsindən son anda yayına bilib. Nişanı təyinatına uyğun quraşdırmadıqlarına görə təhlükəli vəziyyət yaranıb. Həmin görüntülər avtomobildəki videoqeydiyyatçıya qeyd olunub.
Təbriz
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?














