Usta səhvinə görə ziyana düşən sürücülər mütləq baxsın - VİDEO

Cahangir Xələfov avtomobilinə 1500 manatdan çox xərc çəksə də, onu idarə edə bilmir. Buna səbəb qısa zaman ərzində bir neçə dəfə təmir olunan mühərrikin yenidən xarab olmasıdır. Avtosfer.az-ın məlumatına görə, Cahangir Xələfovun avtomobilinin yenidən 300 manatdan çox xərci var. Avtomobili təmir edən usta isə təmir zamanı yalnışlığa yol vermədiyini, mühərrikin hansı səbəbdən xarab olduğunu bilmədiyini deyir. Çəkilən xərci geri qaytarmayan usta avtomobili bir daha təmir edə biləcəyini bildirir. Sürücü isə avtomobilini yenidən həmin ustaya əmanət etmək istəmir.
Avtomobil ustası Sahil Ağabəylinin sözlərinə görə, hər bir usta gördüyü işə zəmanət verməlidir. Amma sürücü də orijinal ehtiyat hissələri almalıdır ki, sonradan hər hansı nasazlıq baş verməsin. Sahil Ağabəyli bildirir ki, bəzi hallarda sürücülər ucuz və keyfiyyətsiz ehtiyat hissələrini aldığından bu kimi xoşagəlməz hallar yaşanır.
Hüquqşünas Xəyal Bəşirovun sözlərinə görə, ustalara ödəniş edilən zaman hər hansı sənədləşmə aparılmadığından sonradan həmin pulu geri almaq çox çətin olur. Amma hər bir halda sürücü məhkəməyə müraciət edib, ödəniş olunduğunu sübut edə və pulunu geri ala bilər. Hətta bu zaman mənəvi təzminat da almaq mümkündür.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












