Vaqif Əsədov: "İşıqforun xarab olması faciə deyil, təbiət hadisəsidir"

Bakı şəhərinin bəzi ərazilərində-Həsən Əliyev küçəsi və Azadlıq prospektində işıqforlar iş prinsipini itirib. Avtosfer.az xəbər verir ki, ölkə.az məsələylə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlayıb. V.Əsədov əməkdaşımızla söhbətində bildirib ki, sürücülər və piyadalar bu durumdan narahat olmamalıdırlar:
"Yol hərəkətiylə bağlı işıqfor iş prinsipini itirirsə, bu, artıq nizamlanmayan yolayrıcı hesab edilir. Bu da sürücüləri çaşdırmamalıdır. Keçmə növbəliliyi həmin ərazidə qoyulmuş yol nişanlarının tələblərinə uyğun aparılmalıdır. Sizin vasitənizlə müraciət edirəm. İşıqforların işləməməyi sürücüləri, piyadaları çaşdırmasın. İnanıram ki, bu onları çaşdırmamalıdır. Əgər o ərazidə yol nişanı yoxdursa, sağdan yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin hərəkətinə üstünlük verilməlidir. Bildiyimə görə, Həsən Əliyev küçəsi, Azadlıq Prospekti və "Dostluq" kinoteatrı ərazisində işıqforlar işləmir. Hamısı bir xəttin üzərindədir".
Əməkdaşımızın "işıqforlar iş prinsipini nə zaman bərpa edəcək" sualını şöbə rəisi belə cavablandırıb: "Bərpa olundu-olunmadı, bu, faciə kimi təqdim edilməməlidir. Təbiət hadisəsidir. Bunu faciə kimi elan etməməliyik. İşıqforun iş prinsipini itirməsi o demək deyil ki, həmin ərazidə xaos yaransın. O nişanlar nə üçündür? Xahiş edirəm, dediyimi olduğu kimi də yazın. Faciə kimi təqdim etməyin ki, ay qoymayın, işıqfor partladı, dağıldı. Bəlkə texniki nasazlıq yaranıb. Siz də sağ olun ki, bu barədə məlumat verdiniz".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












