Vətəndaşın icazəsi olmadan küçədə fotosu çəkilə bilərmi?

Son vaxtlar paytaxtın mərkəzi küçələrində və ictimai yerlərində rast gəlinən yeni bir hal ictimaiyyət arasında narahatlıq doğurur. Özünü fotoqraf kimi təqdim edən şəxslər təsadüfi insanları icazəsiz şəkildə çəkərək, sonradan bu fotoları onlara nümayiş etdirir və pul qarşılığında satmağa çalışırlar. Vətəndaşların iradəsi nəzərə alınmadan aparılan bu cür çəkilişlər bir sıra etik və hüquqi suallar doğurur.
Maraqlıdır, bəs görəsən, vətəndaşın icazəsi olmadan onun şəkillərinin çəkilməsi düzgündürmü? Bu hal qanunvericilikdə hansı məsuliyyət yaradır?
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Oxu.az-ın suallarını cavablandıran hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, şəxsin razılığı olmadan çəkiliş hüquq pozuntusudur:
"Azərbaycan Respublikasının qanunvericiliyinə görə, şəxsin fotoşəkli onun şəxsi məlumatı sayılır. Fərdi məlumatlar haqqında qanunun 2-ci maddəsinə görə, fərdi məlumat müəyyən edilmiş və ya müəyyən edilə bilən fiziki şəxsə birbaşa və dolayı yolla aid edilən istənilən məlumatdır. Şəxsin razılığı olmadan çəkiliş və ondan istifadə hüquq pozuntusudur. Sözügedən qanunun 8-ci maddəsinə əsasən, fərdi məlumatların toplanması, işlənməsi və yayılması yalnız şəxsin yazılı razılığı əsasında mümkündür. Əgər şəklin çəkilməsi və istifadəsi kommersiya məqsədi daşıyırsa, bu, şəxsin şəxsi hüquqlarının pozulması kimi də qiymətləndirilə bilər".
O qeyd edib ki, qanunvericilikdə bu kimi hallarda inzibati məsuliyyət də nəzərdə tutulub:
"İnzibati Xətalar Məcəlləsinə görə, fərdi məlumatların toplanması və işlənməsi qaydalarının pozulması fiziki şəxslər üçün 100-500 manat cərimə, pozuntu davamlı və məqsədli xarakter daşıyırsa, daha ağır hüquqi nəticələrə gətirib çıxara bilər. Əgər foto məqsədli şəkildə şəxsin nüfuzuna xələl gətirmək, şəxsi həyata müdaxilə və ya şantaj üçün istifadə olunarsa, Cinayət Məcəlləsinin 156-cı maddəsi pozulmuş hesab olunur. Bu zaman 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır".
Hüquqşünasın sözlərinə görə, küçə fotoqrafiyası icazəsiz təşkil edilirsə, şəkillər pullu satışa yönəldilirsə, artıq hobbi deyil, fərdi məlumatların kommersiya məqsədilə qanunsuz istifadəsi deməkdir:
"Belə olan halda vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edə, fotoşəkilin dərhal silinməsi tələb oluna bilər. İstifadə edilib, yayımlanıbsa, mülki iddia qaldırmaq mümkündür. Şəxsin icazəsi olmadan fotosu çəkilər, saxlanar və satılar, yayılarsa, qanunvericiliyə zidd addım hesab edilərək hüquqi məsuliyyət, bəzi hallarda cinayət məsuliyyəti yarada bilər".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












