Xanəndə və tarzən yol qaydalarını pozub uşağı təhlükəyə atdılar - VİDEO

Bakı şəhər sakini Bürhan Əliyev yol hərəkəti qaydalarını pozaraq çəkdiyi videonu sosial şəbəkələrdə paylaşıb. Avtosfer.az-ın məlumatına görə, Bürhan Əliyev idarə etdiyi avtomobilin hərəkəti zamanı qucağında azyaşlı uşaq əyləşdirərək həm uşağın, həm özünün həm də yanında sərnişin qismində əyləşən Ramin Ramizoğlunun həyatını təhlükəyə atıb. Qanuna tabe olmayan bu gənclər etdikləri intizamsılığı fəxrlə videoya çəkərək sosial şəbəkədə paylaşıblar.
Belə gənclər hələ dərk etmir ki avtomobildən oyun kimi, zarafat kimi istifadə etmək olmaz. Üstəlik, onların incəsənət xadimləridir. Sürücü Bürhan Əliyev xanəndə, yanındakı isə tarzən Ramin Ramizoğludur. Onlar cəmiyyətə nümunə olmaq, yüksək mədəniyyət nümayiş etdirmək əvəzinə, həm yol hərəkəti qaydalarını pozurlar, həm də azyaşlı uşağa söyüş söyməyi öyrədirlər.
Sürücü Bürhan Əliyevin öz şəxsi avtomobili 90-TJ-401 qeydiyyat nişanlı «VAZ» markalı avtomobildir. Videodakı avtomobil isə tamam başqa markalı avtomobildir. Bu videoda həm sürücü, həm də sərnişin təhlükəsizlik kəmərindən istifadə etmir. Üstəlik, sürücü Bürhan Əliyev avtomobili sürücülük hüququ olmayan şəxsə verdiyi üçün də məsuliyyət daşıyır. Bütün bunlar bir yana, azyaşlının həyatını təhlükəyə atmaq heç də təqdir olunası hal deyil.
Ümid edirik ki, Dövlət Yol Polisi İdarəsinin əməkdaşları həmin sürücü barəsində tədbir görəcək.
Elmin
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?












