Xanım sürücü kobud qayda pozdu – Yol polisi baxıb getdi - VİDEO

Bakıda qayda pozaraq avtomobillərin yolunu kəsən xanım sürücünün görüntülərini oxuculardan biri Avtosfer.az-a göndərib. Fevralın 14-də paytaxtın Hüseynbala Əliyev küçəsində (“Yeganə” şadlıq sarayının yanında) qoşa xəttin tələbini pozaraq axına qarşı hərəkət edən 99-LM-404 qeydiyyat nişanlı avtomobilin xanım sürücüsü,əks tərəfdən gələn sürücülərin hərəkətini iflic edib. Həmin xanım sürücü qarşısını kəsdiyi sürücüdən yoldan çəkilməyi tələb edib. Lakin qarşısındakı sürücü buna əhəmiyyət verməyib haqlı olaraq xanım sürücünün öz hərəkət zolağına qayıtmasını tələb edib.Bundan sonra xanım sürücü,xanımlığa yaraşmayan hərəkət və ifadələr işlədərək qarşısındakı sürücüyə kobudluq etməyə başlayıb. Sürücü isə çox təmkinlə hərəkət edərək 102 xidmətinə zəng edib həmin sürücü barədə öz şikayətini edib. Bu zaman təsadüf nəticəsində əks tərəfdən 99-YP-468 qeydiyyat nişanlı YPX avtomobili gəlib, lakin həmin ypx əməkdaşı qaydaları kobud şəkildə pozan sürücü barədə heç bir tədbir görməyib.
Xanım sürücü həmin vaxt bir neçə qaydanı pozub. O,əks istiqamətə çıxmaqdan əlavə təhlükəsizlik kəmərindən istifadə etməyib, manevr qaydasını pozub,avtomobilin hərəkəti zamanı telefonla danışıb, ön oturacaqda oturan sərnişinin təhlükəsizlik kəmərindən istifadə etməsini təmin etməyib. Bu sürücü yolu kəsdiyinə görə konkret cəmiyyətə hörmətsizlik ifadə edib.
Ümid edirik ki, Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi həm xanım sürücü barədə, həm də qayda pozuntusuna əhəmiyyət verməyən YPX əməkdaşı barədə ciddi tədbir görəcək.
Təbriz
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO












