"Xaqani bağı”ndakı təmirdən sonra ətrafdakı obyektləri su basıb - VİDEO

Şəhərin mərkəzində yerləşən mağazanı kanalizasiya suyu basıb.
Avtosfer.az xəbər verir ki, Bakı şəhəri Səbail rayonu Xaqani küçəsində yerləşən mağazanın icadərı Nicat Həşimli deyir ki, "Xaqani bağı"nda aparılan təmir-tikinti işləri zamanı kanalizasiya xətlərinin birləşdiyi quyuları ləğv edildiyindən, ətrafda yerləşən bir sıra obyektlərə kanalizasiya suları dolur.
Ərazidəki digər obyektlərin sahibləri də vəziyyətdən şikayətçidirlər. Onlar deyirlər ki, gələn müştərilər elə qapıdan qayıdırlar. Vəziyyət isə 15 gündən çoxdur davam edir.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən bildirildi ki, ərazidəki problemdən xəbərdardırlar. Sözügedən əraziyə Səbail rayonu Sukanal İdarəsi tərəfindən baxış keçirilib. Araşdırma aparılır. Xidmətin səlahiyyətlərinə aid olan tədbirlər görüləcək.
Daha ətraflı videomaterialda.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












