Xətainin heykəlini ziyarət edənlər 20 manat cərimələnəcək - VİDEO

Paytaxtın Xətai rayonu Yusif Səfərov küçəsinin genişləndirilməsi təqdirəlayiq addım olsa da bundan əziyyət çəkənlər də az olmayacaq. Ərazidə yol genişləndirilib, yolun ortasında zolaq şəklində qalan park ləğv edilsə də, Şah İsmayıl Xətainin parkdakı heykəli heç bir yerə köçürülməyəcək. Heykəl heç bir yerə köçürülməsə də, ona yaxınlaşmaq da tamamilə məhdudlaşdırılıb.
Cebhe.info əməkdaşı sözügedən ərazidə olub. Məlum olub ki, böyük tarixi şəxsiyyətin abidəsini ziyarət etmək tamamilə imkansız hala gəlib. Ətrafda olan yol polisi əməkdaşları isə yolu keçərək abidəyə yaxınlaşmağın qayda pozuntusu olduğunu bildiriblər. Yol kənarına çəkilən dəmir hasarı atlayaraq yolu keçmək istəyən piyadalar isə qanunla nəzərdə tutulduğu kimi 20 AZN cərimə olunacaqlar.
Ərazidən çəkilən görüntüləri sizə təqdim edirik:
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












