Yağışlı Bakı: əsas yolları hələ su basmayıb, amma... – FOTO + VİDEO

Bakıda ötən gün axşamdan başlayaraq fasiləsiz yağan yağış bu gün səhər saatlarında şəhərin əsas yollarında tıxacara səbəb olub. Lakin əvvəllər olduğu kimi əsas yolların və tunelləri su basması halları müşahidə olunmur. Virtualaz.org xəbər verir ki, şəhərin bütün əsas prospekt və küçələrində, o cümlədən Heydər Əliyev prospektində qismən, Ziya Bünyadov prospekti və Yusif Səfərov küçələrində nəqliyyatın hərəkətindı sıxlıq, bəzi yollarda uzun tıxaclar müşahidə olunub. Şəhərətrafı qəsəbələrdə və yaşayış məhəllərində isə ənənəvi mənzərə hökm sürür. Bu ərazilərdə məhəllədaxili yollarda və küçələrdə iri gölməçələr yaranıb.
Məsələn, sakinlərin sözlərinə görə, Yeni Ramana qəsəbəsində yağışdan sonra yaranan gölməçələr səhər məktəbə gedən uşaqlar üçün çətinlik yaradıb. Oxşar vəziyyət Sabunçu Dəmiryol Vağzalının yaxınlığında da müşahidə olunub. Bu ərazidə bəzi həyətləri və yolları su basıb.
Paytaxtın digər yollarında isə hələlik vəziyyət o qədər də acınacaqlı deyil. Virtualaz.org Binəqədi, Nəsimi, Nərimanov, Xətai rayonlarının bəzi küçələrində müşahidə aparsa da, subasma və iri yağış gölməçələrinə rast gəlməyib. Görünür son illər “Azərsu” ASC tərəfindən bəzi yollarda yağış sularının kənarlaşdırılması üçün kollektorların çəkilməsi öz müsbət nəticəsini göstərir. Bundan əvvəl hər dəfə intensiv yağışlardan sonra şəhərin bir sıra küçələri keçilməz olurdu.
Xatırladaq ki, qarşıdakı günlərdə də Bakıda və Abşeron yarımadasında havanın yağıntılı keçməsi gözlənilir.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?














