Yeddi ilin maşını qəzada darmadağın oldu – 42 milyonluq sığorta - FOTO

ABŞ-ın Texas ştatının Dallas dairə andlılar məhkəməsi "Honda Fit" avtomobili ilə qəzaya düşən ər-arvada bu qəzaya görə 42 milyon dollar kompensasiya ödənilməsi barədə qərar çıxarıb. Avtosfer.az xəbər verir ki, qəzada 2010-cu il istehsalı olan avtomobilin banı darmadağın olub və yanacaq çəni partlayıb. Maşında olan ər-arvad bunun nəticəsındə çoxlu yanıq xəsarətləri alaraq möcüzə nəticəsində sağ qalıblar. Araşdırma nəticəsində məlum olub ki, avtomobilin damı 2012-ci ildə dolu vurması nəticəsində əzilib və sığorta şirkəti damını dəyişdirməklə onu təmir etdirib. Lakin sığorta şirkəti damı istehsalçının tələbinə uyğun adi qaynaqla deyil, ucuz başa gəlsin deyə yapışqanla yapışdırmağı tələb edib. Bu səbədən qəzaya düşən avtomobil darmadağın olub. Damın dəyişdirilməsi barədə isə avtomobili sonradan əldə edən ər-arvada məlumat verilməyib.
Yəqin ki, belə ağır kompensasiya ödənişi sığorta şirkətləri və avtoservislər üçün çox ciddi dərs olacaq.
Ərşad Hüseynov
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı













